• $
  • €
  • ₽
  • ₺
  • £

Poroşenko: "Azərbaycan Ukraynanın strateji tərəfdaşı və dostu olaraq qalır"

Poroşenko: "Azərbaycan Ukraynanın strateji tərəfdaşı və dostu olaraq qalır"
14.07.2016 15:18
 "Azərbaycan Ukraynanın strateji tərəfdaşı və dostu olaraq qalır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

Ukraynalı lider ilk dəfə dövlət başçısı kimi "Odlar Yurdu"na səfər etdiyini qeyd edərək, dünən gecə Bakını gəzmək və İçərişəhərə baş çəkmək imkanının olduğunu bildirib.

P.Poroşenko bu gün Bakıda keçirilmiş Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasının nəticələrini yüksək qiymətləndirib. O, strateji tərəfdaşlığın yenilənməsinin əhəmiyyətini vurğulayaraq Prezidentlər Şurasının iclasının təşkilinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycanın uğurlu iqtisadi inkişafını qeyd edən P.Poroşenko Azərbaycan-Ukrayna əlaqələrinin genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. Ukraynalı lider bu baxımdan Azərbaycanın 10 ədəd "AN-178" təyyarəsi almasını xüsusi qeyd edərək bu təyyarələrin Azərbaycanda tikilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
P.Poroşenko Ukraynanın azərbaycanlı investorların ölkəsinin yanacaq-energetika bazarına çıxışına hər cür yardım göstərəcəyini bildirib.

O, həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə, Azərbaycana təşəkkür edib: "Ukrayna qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımır və Azərbaycanın Krım üzrə analoji mövqeyini alqışlayır".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol