• $
  • €
  • ₽
  • ₺
  • £

General: “Ermənistan Azərbaycan tərəfindən səsləndirilən istənilən bəyanata qorxu hissi ilə yanaşır”

General: “Ermənistan Azərbaycan tərəfindən səsləndirilən istənilən bəyanata qorxu hissi ilə yanaşır”
11.09.2016 12:00
"Silahlı Qüvvələrə ünvanlanan Qurban bayramı təbriki və orada şəxsi heyətə çatdırılan arzu və istəklər belə artıq Ermənistan hakimiyyəti tərəfindən qorxu və hürkü hissi ilə qarşılanır”.
 
Bu barədə APA informasiya agentliyinə Ermənistanın hərbi-siyasi rəhbərliyinin son dövrlər bəzi məsuliyyətsiz və əsassız çıxışlarını şərh edərkən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
 
Onun sözlərinə görə, aprel hadisələrindən sonra təlaş içində olan erməni siyasi rəhbərliyi, radikal addımlar atmaqla çıxış yolunu hakimiyyətdəki lazımsız "ballastlardan” qurtulmaqda axtarır: "Əvvəlcə hərbi qurumlardan xeyli sayda yarıtmaz rəhbər heyətin qovulması, hətta bəzilərinə cinayət işlərinin açılması, sonra isə siyasi rəhbərlikdə "təmizləmə” əməliyyatına başlanılması Sarkisyan-Ohanyan cütlüyünün istənilən yolla hakimiyyətdə qalmaq məqsədindən xəbər verir. Bu addımlara özlərinə lazım olan donu geyindirmək üçün isə erməni hakimiyyəti xalqını Azərbaycan "təhlükəsi” ilə qorxudur. Məhz bu səbəbdən də Azərbaycan tərəfindən səsləndirilən istənilən bəyanatı rəsmi Yerevan öz hakimiyyətinə potensial təhlükə kimi görür, qorxu və hürkü hissi ilə yanaşır. Bu cür olmasaydı bayram təbrikinə belə erməni tərəfi səksəkəli reaksiya verməzdi”.
 
Y. Aydəmirov vurğulayıb ki, Ermənistan xalqının, istərsə də onun kriminal hərbi-siyasi rejiminin daima qorxu və vahimə içərisində yaşamaqdan qurtarmağın yeganə və ən düzgün yolu isə Azərbaycan torpaqlarının tez bir zamanda işğaldan azad edilməsindədir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol