• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: San Marino ilə Azərbaycanın münasibətlərində intensivlik müşahidə olunur

Nazir: San Marino ilə Azərbaycanın münasibətlərində intensivlik müşahidə olunur
14.09.2016 17:55
Sentyabrın 9-da Azərbaycanın İtaliyada, o cümlədən San Marino Respublikasında akkreditə olunmuş səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin kapitan-regentləri Can Nikola Berti və Massimo Andrea Uqoliniyə təqdim edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, təqdimetmə mərasimini çıxış nitqi ilə açan San Marino xarici işlər naziri Paskal Valentini iki ölkə arasındakı əlaqələrdə son dövrdə müşahidə olunan intensivliyi qeyd edib, 2015-ci ildə San Marino kapitan-regentlərinin Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə ölkəmizə səfərinin, habelə özünün də səfərinin münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Səfir M.Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını kapitan-regentlərə çatdırıb, ölkələr arasında mövcud dostluq münasibətlərinin bundan sonra daha da inkişafı üçün çalışacağını bildirib.

Kapitan-regentlər C.N.Berti və M.A.Uqolini, öz növbələrində, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib və növbəti müddətdə ölkələr arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümid etdiklərinə qeyd ediblər.

Səfir M.Əhmədzadə San Marinoya səfəri çərçivəsində, bu ölkənin xarici işlər naziri Paskal Valentini, sənaye və ticarət naziri Marko Arzilli, parlamentin bir qrup üzvləri və Ticarət Palatasının nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional mövzular, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol