• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan diaspor rəhbəri erməni terrorunu pislədiyinə görə polisə çağırıldı

Azərbaycan diaspor rəhbəri erməni terrorunu pislədiyinə görə polisə çağırıldı
20.09.2016 20:11
Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Mərkəzinin rəhbəri İlhan Aşkın barədə erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən hüquq-mühafizə orqanlarına şikayət olunub və o, yaşadığı Haaqa şəhərinin polis idarəsinə çağırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İ.Aşkın 2014-cü ildə ermənilərin Hollandiyanın Almelo şəhərində qondarma erməni soyqırımı abidəsi tikməyə başlayarkən bu ölkədəki türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib. 10 mindən çox insanın iştirak etidiyi aksiyada İ.Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. O qeyd edib ki, ermənilər Qarabağ müharibəsində uşaq, qadın, qoca demədən minlərlə insanı ağılasığmaz işgəncələrlə qətlə yeritirib.

İ.Aşkın təəssüflə qeyd edir ki, bu vəhşilikləri tördənələri cəzalandırmaq yerinə həmin faciəni yaşayanların üsyanını dilə gətirdiyi üçün yerli polis idarəsində ondan ifadə almaq və hətta cəza tətbiq etmək barədə məktubla müraciət edilib. Məktubda bildirilir ki, guya Almelodakı aksiyada irqçi ifadələr işlətdiyinə görə 2014-cü il iyunun 13 və 17-də ondan şikayət daxil olub. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İ.Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - 'Qarabağ ermənilərin məzarı olacaq' ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir. Bunun üçün diaspor rəhbəri vəkili ilə birgə polis ofisinə ifadə verməyə çağırılıb. Məktubda məsuliyyətə cəlbedilmə ehtimalının böyük olduğu da qeyd edilib.

Diaspor rəhbəri onun haqqında yerli polisə burada yaşayan ermənilərin müraciət etidiyini bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol