• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə Avstraliyanın bir sıra nazir və parlamentariləri ilə görüşdü

Asim Mollazadə Avstraliyanın bir sıra nazir və parlamentariləri ilə görüşdü
19.10.2016 12:00
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan nümayəndə heyətinin tərkibində Avstraliyanın Pert şəhərində bir sıra görüşlər keçirib.

Avstraliya Senatının və Nümayəndələr Palatasının spikerləri Barri Haus və Maykl Sazerlendin başçılıq etdikləri nümayəndə heyəti ilə görüşdə Azərbaycanla Avstraliya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, siyasi, iqtisadi əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti Avstraliyanın ticarət və investisiya naziri Stiv Siobo (Steve Ciobo), xarici işlər naziri Culia Bişop (Julia Bishop),  immiqrasiya nazirinin köməkçisi Hon Aleks Hokla (Hon Alex Hawk) da görüşərək ölkələrimiz arasındakı əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfindən bu görüşlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, Qərbi Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti Pert şəhərində Atatürk monumentini və Müharibə memorialını da ziyarət ediblər.





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol