• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə: “Biz artıq danışıqları Ermənistanla deyil, Rusiya ilə aparmalıyıq”

Asim Mollazadə: “Biz artıq danışıqları Ermənistanla deyil, Rusiya ilə aparmalıyıq”
29.11.2016 16:19
"Hər bir azərbaycanlını Xocalı soyqırımı ilə bağlı cinayətkarlar, qadın və uşaq qatillərinin ədalət məhkəməsinə çəkilməsi barədə məsələ çox ciddi maraqlandırır.

 Biz bu istiqamətdə böyük işlər görməliyik.”

Bu sözləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deyib.

Ermənistanın artıq öz müstəqilliyini tamamilə itirdiyini qeyd edən deputat, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları Rusiya ilə aparmağın daha doğru olacağını qeyd edib.

"Son hadisələr göstərir ki, Ermənistanın strateji iqtisadiyyatı, enerjisi, nəqliyyatı və s. Rusiya tərəfindən özəlləşdirilib. Bundan başqa Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun, hava hücumundan birgə müdafiə qüvvələrinin yaradılması haqqında sazişlər artıq Duma tərəfindən təsdiqlənib. Ermənistanın silahlı qüvvələri Rusiyanın tərkibinə keçib. Bu onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın hansısa bir hərbi əyalətidir. Belə olan halda, biz nə üçün danışıqları uzadırıq? Onsuz da artıq Ermənistan heç imitasiya da etmir, danışıqları tam pozur. Ermənistan müstəqil dövlət olmadığına görə, biz danışıqları onun sahibi ilə aparmalıyıq. Bu əyalətin rəhbərliyi Rusiyadır və mənə elə gəlir ki, Minsk qrupu vasitəçiliyi Azərbaycanla Rusiya arasında etməlidir.” – deyə Asim Mollazadə bildirib.

Millət vəkili Xocalı soyqırımı ilə bağlı atılacaq addımlara toxunarkən deyib: "Azərbaycanın Rusiya ilə hüquqi sahədə əməkdaşlıq barədə sazişi var. Bu sazişə əsasən Azərbaycanın hərbi prokurorluğunun siyahısında olan və Rusiya ərazisində yaşayan 366-cı alayın cinayətkarları Azərbaycana təhvil verilməlidir. Biz tələb etməliyik ki, uşaq qatilləri Azərbaycanda ədalət məhkəməsinə çəkilsin. Azərbaycan xarici hakimlərin dəvəti ilə məhkəmə təşkil etməlidir. Bu məhkəmənin qərarının beynəlxalq hüquqi əsasının olması üçün o qərarı məhz xarici hakimlər çıxarmalıdır. Əgər Rusiya bu sazişdən irəli gələn zəruri addımları atmasa, biz bu sazişi tam pozulmuş hesab etməliyik.”

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol