• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə: İsrail beynəlxalq münasibətlərdə də Azərbaycana mühüm dəstək verir

Asim Mollazadə: İsrail beynəlxalq münasibətlərdə də Azərbaycana mühüm dəstək verir
13.12.2016 17:02
"Azərbaycanla İsrail çoxşaxəli əməkdaşlıq edir. Bizim ölkələrimiz dost ölkə olaraq təhlükəsizlik, iqtisadiyyat, enerji, mədəniyyət və humanitar sahələrdə çox ciddi və hərtərəfli əməkdalıq edir”.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bu münasibətləri daha da gücləndirəcək və iki ölkənin birgə layihələri genişlənəcək.

Deputat əlavə edib ki, İsrail beynəlxalq münasibətlərdə də Azərbaycana mühüm dəstək verir: "Bunun səbəbləri tək Azərbaycan-İsrail münasibətləri deyil. Əsas səbəb Azərbaycanda multikulturalizm ənənələri, Azərbaycanda uzun əsrlər boyu fərqli dinlərin, mədəniyyətlərin, əməkdaşlıq mühitinin olması və əsrlər boyu Azərbaycanda yəhudilərin qardaşlıq və əmin-amanlıq şəraitində yaşamasıdır. Bu amil öz-özlüyündə dünyada olan bütün yəhudi təşkilatlarını Azərbaycana yaxınlaşdırır”.

İran siyasətçilərinin İsrail-Azərbaycan əlaqələrinin inkişafından, eyni zamanda B.Netanyahunun Azərbaycana səfərindən narazılıq ifadə etməsinə gəlincə, A.Mollazadə bildirib ki, hazırda İsraillə təkcə Azərbaycanın deyil, bir sıra müsəlman ölkələrinin əməkdaşlığı var: "İranın narahatlığı məndə heç bir şübhə doğurmur. Çünki hazırda Ermənistana ən böyük iqtisadi, siyasi dəstək verən məhz İrandır. Yüz minlərlə azərbaycanlını doğma torpaqlarından didərgin salmış Ermənistana İranın dəstəyi hətta Rusiyanın dəstəyindən daha çoxdur”.

A.Mollazadə əlavə edib ki, digər tərəfdən, İsraillə Azərbaycan arasında münasibətlər hər hansı üçüncü ölkəyə qarşı yönəlmir: "Bu əlaqələr iki ölkə arasında qarşılıqlı maraqlardan irəli gəlir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol