• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır

Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır
23.12.2016 11:53
Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun "Azərbaycan” qəzetində dərc olunmuş "Lider və onun ölkəsi” məqaləsində yer alıb.

Ə. Əhmədov qeyd edib ki, ölkəmiz təkcə islahatların deyil,böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşır:

"Heç bir şübhə yoxdur ki, əvvəlki iki onillikdə olduğu kimi indiki mərhələdə də Azərbaycan dünyanı yeni möcüzəsi ilə təəccübləndirə biləcək. Bunun ən etibarlı təminatı Heydər Əliyevin ölkəmizdə yaşayan ideyaları və Prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyəti, xalqına təmənnasız xidmət göstərmək arzu və bacarığıdır. Hər bir ölkə tarixi, keçmişi, mədəniyyəti, inkişaf göstəriciləri və əlbəttə, lideri ilə tanınır. Azərbaycan fəxr edir ki, onun lideri İlham Əliyevdir!"

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan yeni bir sıçrayışa hazırlaşır:
 
"İnanıram ki, bu sıçrayış da Prezident İlham Əliyevin hazırladığı yeni iqtisadi islahatların təcəssümünə çevriləcək".

Onun sözlərinə görə, islahatların yeni dalğasının əsas hədəfi ölkəmizdə inkişafın yeni fazaya daxil olması, daha yüksək pilləyə qaldırılmasından ibarətdir:
 
"Prezident İlham Əliyevin yeni islahatlar strategiyasının mərkəzində duran vəzifələr sırasında iqtisadi liberallaşdırmanın yeni səviyyəyə yüksəldilməsi diqqəti xüsusilə cəlb edir. Söhbət sahibkarlığın inkişafı üçün əlavə təminatların verilməsi ilə yanaşı, liberallaşdırmanın bank-kredit sisteminə daha dərindən sirayət etməsindən gedir. Həyata keçirilən tədbirlər kompleksinin ölkəmizdə azad bazar iqtisadiyyatının bütün parametrləri üzrə qərarlaşmasını ,deməli, iqtisadi inkişafa əlavə təminatı şərtləndirmiş olacaq".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol