• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: Aİ Azərbaycana iqtisadi artım söz verir

Səfir: Aİ Azərbaycana iqtisadi artım söz verir
02.03.2017 19:24
Fransa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Aureliya Buşez Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Görüşdə Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy İnternational Media Group çərçivəsində Azərbaycan-Fransa informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. Səfir Fransa şirkətlərinin Caspian Energy Forum Baku - 2017-də iştirakında maraqlı olduğunu ifadə edib və bunun informasiya  baxımından vacibliyini qeyd edib.

Fransa səfirinin sözlərinə görə, Fransa və Azərbaycan arasında münasibətlər uzun illərdir ki, inkişaf edir. Hazırda iki ölkənin şəhər və regionları arasında ona yaxın saziş və sənədlə bağlı razılıq əldə edilib. "Dekabr ayında Fransa Xarici İşlər Nazirliyi ilə Azərbaycanın  İqtisadiyyat Nazirliyi arasında yerli əlaqələrin dəstəklənməsinə yönəldilmiş Administrativ razılaşmanın imzalanması bunun təsdiqidir", - deyə səfir söyləyib. O qeyd edib ki, "əməkdaşlıq təhsil və mədəniyyətdən tutmuş şərabçılıq və kənd təsərrüfatı layihələrinə kimi iqtisadiyyatın ən müxtəlif sahələrində təcrübə və birgə təşəbbüs mübadiləsini əks etdirir".

Ticari əlaqələrdən bəhs edən Aureli Buşez qeyd edib ki, Aİ ticarətdə Azərbaycanın əsas partnyoru və mühüm investorlarından biridir. Onun sözlərinə görə, "Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi ölkə iqtisadiyyatında diversifikasiya və islahatlaşmaya yardım edəcək, həmçinin sabit inkişafa kömək edəcək. Bu da öz növbəsində bizim müsbət qarşıladığımız rəqabətli iş mühitini genişləndirmək və hazırda həyata keçirilən və planlaşdırılan islahatları dəstəkləmək yolu ilə Fransanın, eləcə də digər Avropa ölkələrinin şirkətləri ilə əməkdaşlığın inkişafına yardım edəcək".

"Fransa Avropa enerji təhlükəsizliyinin mühüm elementi kimi enerji daşıyıcılarının nəqli və marşrutların diversifikasiyası üzrə Aİ-nin siyasətini dəstəkləyir", - deyə səfir bildirib. Onun sözlərinə görə, "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarının kəsişmə nöqtəsində yerləşən Azərbaycan, xüsusilə "Cənub qaz dəhlizi" vasitəsilə, bu baxımdan mühüm rol oynayır.

Görüşün sonunda səfir Caspian Energy-yə eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli münasibətlərin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, həmçinin turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələlərinə toxunub.
 



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol