• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanlı fəlsəfə elmləri doktoru Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Ermənistanlı fəlsəfə elmləri doktoru Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
09.03.2017 13:45
Fəlsəfə elmləri doktoru, dilçi, bir neçə elmi məqalə müəllifi, hazırda İrəvanda yaşayan Narine Dermencyan Ermənistan Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.
 
Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:
 
"Mən Narine Dermencyan, Ermənistan vətəndaşı, bütün hərbi əməliyyatların dayandırılması və tərəfləri danışıq masası arxasında oturmağa və 25 ildən cox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoymağa cağırıram. Artıq sülhün vaxtı gəlib çatıb. Bu münaqişə hər iki ölkəyə ziyan vurdu. Ermənistan və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edərək, beynəlxalq hüquq çərçivəsində münaqişənin həll olunmasının vacibliyini qeyd etmək istəyirəm. Münaqişənin sülh yolu ilə həllinə yönəlmiş BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri ATƏT-in Minsk qrupunun əhəmiyyətini qeyd etmək istəyirəm. Mövcud münaqişədən əvvəl iki xalq əsrlər boyu inkişaf etmiş ümumi ənənələr əsasında harmoniyanın içində yaşayıb. Çox dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, hər iki ölkədə həll olunmamış münaqişə nəticəsində iki xalq arasında düşmənçilik münasibətləri üstünlük təşkil edir. Ermənistan və Azərbaycan xalqları gələcək nəsillərin sülh və rifahı naminə, münaqişəni dayandırmalıdır. 

Mən 25 ildən çox davam edən münaqişənin tez bir zamanda sülh yolu ilə həlli ideyasını dəstəkləyirəm və sülhün bərqərar olunmasına ümid edirəm. Bu səbəbdən, məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə , Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol