• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Şimali Koreyanı vuracaq? - "Səbrimiz tükəndi" - FOTO

ABŞ Şimali Koreyanı vuracaq? - "Səbrimiz tükəndi" - FOTO
17.04.2017 22:40
Şimali Koreya Xalq-Demokratik Respublikasında yeni qoşun növü olan Xüsusi Əməliyyatlar Qüvvələri (XƏQ) yaradılıb.

XƏQ döyüşçüləri aprelin 15-də Pxenyanda keçirilmiş hərbi paradda ilk dəfə iştirak ediblər.

ANN.Az ABC-yə istinadən bildirir ki, rəsmi Pxenyan ABŞ-ın zərbələr endirəcəyi təqdirdə Birləşmiş Ştatlara qarşı "total savaş"a başlayacağını, habelə Cənubi Koreya və Yaponiyadakı şəhərlərlə hərbi obyektləri vuracağını bəyan edib.

Cənubi Koreyada rəsmi səfərdə olan ABŞ-ın vitse-prezidenti Maykl Pens isə bu gün Şimali Koreya ilə sərhəd rolunu oynayan Demilitarizasiya Zonasına (DMZ) baş çəkib.

KBS-in məlumatına görə, Pens deyib: "ABŞ prezidenti Donald Tramp və administrasiyası Şimali Koreya ilə bağlı "strateji səbr" siyasətini bundan sonra da davam etdirmək niyyətində deyil. Şimali Koreyanın raket-nüvə problemi ilə bağlı bu səbr tükəndi. ABŞ Koreya yarımadasında sülh və təhlükəsizliyi danışıqlar yolu ilə, dinc vasitələrlə təmin etmək fikrindədir. Lakin bütün hərəkət variantlarını, o cümlədən Şimali Koreyanın raket-nüvə proqramının obyektlərinə zərbələri də istisna etmirik. Məqsədimiz sadə və aydındır: Şimali Koreyanın nüvə proqramını dayandırması ilə kifayətlənən deyilik. Şimali Koreya bu proqramdan tam əl çəkməlidir".

M.Pens daha sonra bildirib ki, Vaşinqtonun Seul qarşısında müttəfiqlik öhdəlikləri pozulmazdır və daimidir.

Onun sözlərinə görə, Koreya yarımadasındakı böhranın çözülməsi üçün Çinin daha çox işlər görəcəyinə ABŞ inanmaq istəyir".

Bu gün Seulda Maykl Pens Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən Hvan Qe Anla da görüşəcək.

Görüşdən sonra birgə mətbuat konfrası keçiriləcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol