• $
  • €
  • ₽
  • ₺
  • £

Gennadi Züqanov: "Atam uşaqlıqdan mənə azərbaycanlıların çox etibarlı dost olduğunu deyirdi"

Gennadi Züqanov: "Atam uşaqlıqdan mənə azərbaycanlıların çox etibarlı dost olduğunu deyirdi"
14.06.2017 22:00
RFKP rəhbəri: Dünyada bir çox açıq və kölgə oyunçular Rusiya və keçmiş sovet ölkələri arasında münasibətlərin korlanmasını istəyir.

"Azərbaycan Prezidenti İlham Əliyev atasının Rusiya ilə əlaqələri inkişaf etdirmək siyasətini davam etdirir."

Bu barədə "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) lideri Gennadi Züqanov bildirib.

"Atam müharibədən sonra Bakıda hospitalda yatıb və ona çox yaxşı baxıblar. O, uşaqlıqdan mənə azərbaycanlıların çox etibarlı dost olduğunu deyirdi", - G.Züqanov vurğulayıb.

Onun sözlərinə görə, dünyada bir çox açıq və kölgə oyunçular Rusiya və keçmiş sovet ölkələri arasında münasibətlərin korlanmasını istəyir: "Ona görə də heç nəyə baxmadan dostluğa davam eləmək lazımdır. Mən əlaqələrin inkişafını tam dəstəkləyirəm. Hesab edirəm ki, Heydər Əliyev bunun üçün çox səy göstərib. Prezident İlham Əliyev isə bu mənada atasının siyasətini davam etdirir."

G.Züqanov Azərbaycanda Rusiya mədəniyyəti və ənənələrinin dövlət tərəfindən qorunduğunu, məktəblərdə isə rus dilinin sərbəst şəkildə tədris olunduğunu söyləyib.

Rusiyalı siyasətçi həmçinin Azərbaycanda vitse-prezidentlik institutunun tətbiqinə münasibət bildirib.

"Vitse-prezidentlik institutunu yaratdığınız vaxtlarda Azərbaycandakı inzibati islahatları maraqla izləyirdim.
 
Bakıda Avropa Oyunlarına necə hazırlıq getdiyini görürdüm və bu işə Mehriban Əliyevanın necə böyük töhfə verdiyini bilirəm. O, vəziyyəti çox gözəl bilir, müxtəlif siyasətçilər və ictimai xadimlərlərlə çox asanlıqla və təbii ünsiyyət qurur. Məncə, o, xalqın əsrlər boyunca formalaşmış ən yaxşı ənənələri əsasında milli maraqları uğurla həyata keçirəcək. Mənə bu çətin işdə ona yalnız uğurlar arzulamaq düşür", - RFKP lideri deyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol