• $
  • €
  • ₽
  • ₺
  • £

İran İraqın şimalını vurdu - VIDEO

İran İraqın şimalını vurdu  - VIDEO
03.07.2017 14:57
Məlumata görə, İranda hakimiyyətə müxalif sayılan İran Kürdüstan Partiyasına aid silahlıların düşərgəsi o ərazidə yerləşir.

İran ordusu İraqın şimalında yerləşən Ərbil şəhərinin dağlıq Balekayeti bölgəsini artilleriya atəşinə tutması nəticəsində bir qadın - dinc sakin yaralanıb.

"Report” Haber7-yə istinadən xəbər verir ki, bunu İraqın Soran rayon icra başçısı Kırmanç İzzət bildirib.
Onun sözlərinə görə, artilleriya atəşi iyulun 3-də səhər saatlarından başlayıb.

İzzət İranın sərhəddə yerləşən bu bölgəni bombalaması ilə bağlı sualı belə cavablandırıb: "İran hakimiyyəti İran Kürdüstan Demokrat Partiyasına bağlı silahlıların həmin ərazidə yerləşdiyini iddia edərək həmin yerləri atəşə tutur”.

Məlumata görə, İranda hakimiyyətə müxalif sayılan İran Kürdüstan Partiyasına aid silahlıların düşərgəsi o ərazidə yerləşir.

Ramazan bayramının birinci günündən isə İran tərəfi İraqın Süleymaniyyə bölgəsinin Keladizə rayonuna axan çayın suyunu tamamilə kəsmişdi.

Qeyd edək ki, bir müddət əvvəl İran Kürdistan Demokrat Partiyasının (KDP) lideri Mustafa Hicri İranda da silahlı mübarizənin fəallaşdıracaqlarını bildirmişdi.

Ümumiyyətlə, bu partiya İrandakı hakimiyyətlərə qarşı 70 ildən artıqdır mübarizə aparır. Əvvəllər onların mübarizəsini keçmiş sovetlər ittifaqı dəstəkləyirdi. Son illər KDP fəaliyyətini İraqın Şimalındakı Kürd muxtariyyətinin rəhbərliyi tənzimləyir. Onlar İranda kürdlərin dövlət qurması uğurunda mübarizə apardıqlarını bildirir. Təəssüf ki, bu qüvvələr də iddia etdikləri dövləti Cənubi Azərbaycan torpaqlarının hesabına qurmaq niyyətindədirlər.

İraqın şimalındakı kürdlərin rəhbərliyi isə bu ilin payızında müstəqilliklə bağlı referendum keçirmək istədiklərini bildirib.

Tehrandakı hakimiyyət İraq və Suriyadan sonra ərazi bütövlüyünün parçalanması növbəsinin İrana çatacağını istisna etmir.

Bu yaxınlarda Suriyada terrorçu İŞİD-in mövqelərinin vurulması həm də oradakı terrorçu PKK-nın qolları YPG və PYD-yə xəbərdarlıq olaraq da sayıla bilər. İranın da ərazi bütövlüyünün pozulması məsələsində həmin qüvvələrin - PKK, YPG, PYD və İraqın şimalındakı kürd muxtariyyətinin ortaq mövqeləri var.

Yeri gəlmişkən, İran Suriya və İraqın ərazi bütövıüyünü dəstəkləyir. İraqın şimalındakı kürd muxtariyyətinin keçirəcəyi referendumu isə qəbuledilməz sayır.

Ona görə də ehtimal etmək olar ki, İran da öz ərazi bütövlüyünü qorumağa qonşu Suriya və İraqdan başlayır. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol