• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistana elə zərbələr vuracağıq ki, taktikadan istifadə edə bilməyəcək” - Polkovnik

“Ermənistana elə zərbələr vuracağıq ki, taktikadan istifadə edə bilməyəcək” - Polkovnik
15.07.2017 23:41
"Azərbaycan ultramüasir silahları pulu çox olduğuna görə yox, Ermənistanla uzun müddətli müharibə aparmaq niyyətində olmadığına görə alır. Müharibə ani, kövrək müdafiə xəttinin bütün dərinliyi üzrə "yandırılmış ərazilər taktikası" prinsipi ilə olacaq".

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki İlqar Əliyev bir müddət əvvəl Arkadi Ter-Tadevosyanın Azərbaycan əhalisinin lazım gələcəyi təqdirdə silaha sarılacağına şübhə etməsi ilə bağlı fikrini şərh edərkən deyib.

"Yenidən təkrar edirəm. "Halva-halva" deməklə ağız şirin olmur. Baxıram ki, sən İkinci Dünya müharibəsi dövründə operativ sənət sahibi Jukovskini yaxşı əzbərləmisən. Həmin dövrdə insan amili əsas rol oynayırdı. Yəni "Ət çəkən” rolunda. Buna görə sənə "Afərin”. Lakin sənin müasir müharibə və döyüş aparılması üzrə hazırlığına "iki” qiyməti düşür. Özün bacarmırsansa, yanındakılardan xahiş et, səni divara vurub ayıltsınlar və XXI əsrə düşəsən”. 

Polkovnik Ter-Tadevosyana xitabən deyib: "Biz sizin qaçmağa istiqamətlənmiş əsgər və zabitlərinizin dözümlülüyünün nümayişi ilə bağlı səylərinizi asanlaşdıracağıq. Sizə elə zərbələr endirəcəyik ki, heç bu taktikadan istifadə edə bilməyəcəksiniz. Bax, o zaman insan amili işə düşəcək. Azərbaycan əsgəri boşaldılmış səngərlərdə, kənd və şəhərlərdə addımlayacaq. Bu da sənə ikinci "Afərin”. Sən döyüş əməliyyatlarının təşkil edilməsini bacara bilməyən kütbeyin hərbi komandirsən.

Real düşmənin vəziyyətini qiymətləndirdin, hətta hərbi əməliyyatların demoqrafik vəziyyətinin təhlilini apardın. Və indiyədək heç kimə məlum olmayan nəticələrə gəlib çıxdın ki, Azərbaycan çoxmillətli dövlətdir və çaşdın: "Mən düşünürəm ki, bütün xalqlar əlinə silah götürüb müharibəyə getməyəcək”. 

Düşünmək lazım deyil, təlxək, düşməni qiymətləndirərək əsaslandırılmış nəticə çıxarmaq lazımdır. Axı, hinduşka da düşünürdü. Axırda şorbaya düşdü. Və sonda düşmənin qiymətləndirilməsi məsələsində sənə "Hinduşka” qiymətini qoyuram. Nəticə çıxarmağınla bağlı sənə kömək edərəm.

Azərbaycan çoxmillətli dövlətdir. Müharibənin əvvəlindən bu millətlər "kim daha çox şəhid və qəhraman verəcək” deyə aralarında sağlam rəqabət aparırlar. Yadda saxla: mən talışam, ləzgiyəm, avaram, kürdəm, türkəm, tatam, yəhudiyəm, rusam, gürcüyəm, malakanam, özbəyəm, qazaxam, türkmənəm... Yekunda isə hamımız azərbaycanlıyıq və dövlətimizin hər bir nümayəndəsi bunu yaradanın hədiyyəsi olaraq qəbul edir”.

İlkin Nəcəfzadə
AzVision.az


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol