• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ordusunun bütün gizlinləri ORTAYA ÇIXDI

Ermənistan ordusunun bütün gizlinləri ORTAYA ÇIXDI
03.08.2017 10:35
Ermənistanda hərbi xidmətə gedən gənclərin sayı kütləvi sürətdə azalır və hazırda ordunun acınacaqlı vəziyyətdə olduğuna dair yetərincə faktlar var.

Publika.az xəbər verir ki, erməni jurnalist Tevos Arşakyanın apardığı araşdırma düşmən ordusundakı vəziyyətlə bağlı məxfi məlumatlar ortaya çıxarıb.

Erməni gənclər Qarabağa getməmək üçün ölkədən qaçır

Erməni jurnalist yazır ki, son illərdə hərbi komissarlıqlar orduya çağırışla bağlı ciddi çətinliklərlə üzləşib: 

"Respublika çağırış komissiyasındakı mənbədən əldə etdiyimiz məxfi informasiyaya görə, son dövrlər saxta sağlamlıq vəziyyətinə görə orduya getməyənlərin sayı artmaqla yanaşı, hərbi xidmətə getməmək üçün ölkədən qaçan gənclərin də sayı sürətlə çoxalır. Bu yaxınlarda deputat Aram Manukyan bildirdi ki, bu ilin başlanğıcında orduda xidmətdən xilas olmaq üçün 2000 insan ölkəni tərk edib. Bununla yanaşı, valideynlər böyük məbləğdə pul verərək, övladlarını hərbi xidmətdən yayındırırlar. Bütün bunlara səbəb isə kasıbların övladlarının Qarabağa göndərilməsi və orada ölməsidir. Misal üçün, ötən ilin aprelində baş verən döyüşlərdə Qriqor Artünyan öldü. Bundan sonra, onun anası Anait Artünyan ikinci oğlunu - Seryoja Artünyanı hərbi xidmətə göndərməkdən imtina etdi. Çünki ailəni o dolandırır”.

Erməni ana oğlunu orduya göndərməmək üçün....

Anait Artünyan jurnalistlərə bildirib ki, iyulun 31-də oğlu Seryojanı hərbi xidmətə çağırıblar. O, oğlunu orduya göndərməmək üçün hələ çağırışdan əvvəl İrəvanda Erebuni hərbi komissarlığına müraciət edib.

"Mənə dedilər ki, son 10 ildə övladların Qriqor və Seryojanın qəyyumluğunda olmağım və Qriqorun ölümündən sonra qayğıma Seryojanın qalması ilə bağlı sənəd verməliyəm”, - deyə o bildirib.

Onun sözlərinə görə, bütün lazımi sənədləri notariusda təsdiq edərək, hərbi komissarlığa verib. Həmin sənədləri Ermənistan ordusunun baş qərargahına göndəriblər.

"Oğlumu yalnız cəsədimin üzərindən keçərək orduya apara bilərlər”

A.Artünyan danışır ki, komissarlığa müraciəti martın 27-də edib və 4 gün sonra baş qərargah rəisi Movses Akopyanın adından cavab gəlib. Cavabda bildirilir ki, Seryoja Artünyan qanun üzrə xidmətdən azad edilə bilməz, yalnız hərbi xidmət keçməsi müəyyən müddətə təxirə salınar.

"Hərbi komissarlıq bütün sənədləri İrəvan meriyasına təqdim etdi. Məni inandırdılar ki, möhlət olacaq, sadəcə olaraq, iyul çağırışının sonunu gözləmək lazımdır. Lakin iyulun 31-də mənə komissarlıqdan zəng vurdular və bildirdilər ki, müdafiə naziri Seryojaya möhlət verilməsinə icazə verməyib, buna görə də oğlun hərbi xidmətə getməlidir. Müdafiə naziri bizə kömək etməlidir, nəzərə almalıdır ki, mənim ərim yoxdur, özüm xəstəyəm, ağır sosial şəraitdə yaşayırıq və yalnız oğlum işləyir. Bir oğlum Qarabağda öldü.

İkinci oğlumun orduya aparılmasına icazə verməyəcəm. Seryojanı yalnız mənim cəsədimin üzərindən keçərək, hərbi xidmətə apara bilərlər”, - Artünyan qeyd edib.

Kasıblar Qarabağa, varlılar gücə klublarına

T.Arşakyan yazır ki, Ermənistanda orduya kasıbların uşaqları aparılır: "Varlıların, nazirlərin, hökumət adamlarının oğlanları isə küçələrdə maşın sürür, gecə klublarında əylənirlər. Kasıb ailələrin uşaqları isə Qarabağa göndərilir. Kim bunu görərək, öz oğlunu orduya göndərəcək? Bəli, xəstə və kasıb olan Artünyanən rüşvət verməyə pulu yoxdur, buna görə də onun yeganə oğlunu hərbi xidmətə aparırlar”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol