• $
  • €
  • ₽
  • ₺
  • £

Polkovnik: "Bizim baza olmasaydı, Azərbaycan Qarabağı çoxdan qaytarmışdı"

Polkovnik: "Bizim baza olmasaydı, Azərbaycan Qarabağı çoxdan qaytarmışdı"
15.09.2017 13:41
ABŞ-ın Suriya müxalifətini silahlandırmaq üçün Almaniyadakı Ramşteyn hərbi bazası üzərindən keçmiş Varşava blokuna üzv ölkələrin anbarlarından 2 milyard dollarlıq silah-sursat göndərdiyi üzə çıxıb.

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, silahlar Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzərindən daşınıb. Həmin silahlardan İŞİD və "Əl-Nüsra Cəbhəsi" kimi terrorçu birləşmələrə də çatdığı bildirilir. Bu haqda Almaniyanın "Sueddeutsche Zeitung" qəzeti bu ölkədə keçiriləcək seçkilər ərəfəsində yazıb.

ABŞ-ın Suriya yaraqlılarını silahlandırmasına dair üzə çıxan faktlara təbii ki, Rusiyada da dərhal reaksiya veriblər. "Komsomolskaya Pravda" bu məsələni hərbi ekspertlərlə müzakirəyə çıxarıb. Qəzetin hərbi məsələlər üzrə eksperti, sovet və rus hərbi jurnalisti, polkovnik Viktor Baranets bu fakta diqqəti cəlb edib ki, ABŞ-ın Suriya müxalifətini silahlandırma proqramı çərçivəsində öz anbarlarından silah satanlardan biri də Rusiyanın müttəfiqlərindən olan Qazaxıstandır.

"Orada axmaqlar oturmayıb ki...Onlar bilirlər ki, əgər həmin silahları satırlarsa son istifadəçi barədə informasiya da olmalıdır. Tutaq ki, Qazaxıstan silahları ABŞ-a satmazdan əvvəl yazılı öhdəlik götürməlidir ki, həmin silahlar hara göndərilir və kimlər üçün nəzərdə tutulub. Əgər onlar bunu etmirlərsə və hər şeyə rəğmən ancaq kisəni doldurmaq haqda fikirləşirlərsə o zaman Moskva qazaxlarla başqa cür danışmalıdır, çünki ölkə bizim müttəfiqimiz sayılır. Bu nədir, arxadan zərbə? Belə olanda artıq söhbət başqa cür olur"-Baranets bildirib.

Polkovnik Baranets Ermənistanın da son vaxtlar Qərbə meyl etməsinə, ikili oyun oynamasına toxunub.

"Mən sizə daha artığını deyəcəyəm. Bu haqda açıq danışmağın vaxtıdır. Bu yaxınlarda Ermənistandan bir yoldaş zəng vurub. Hansı ki, Ermənistan deyəsən bizim KTMT üzrə müttəfiqimiz sayılır. Və o, birdən deyir: bizim yoldaşlar amerikalılardan pul istədilər, onlar da verdilər. Belə çıxır ki, Moskva orada baza saxlayır, Qarabağa görə Azərbaycana qarşı dayanır, ermənilər isə belə. Bu ki mühüm amildir. Əgər orada bizim baza olmasaydı Azərbaycan Qarabağı çoxdan yemişdi. Yəni bizim müttəfiqlərimizin sıralarında bu cür vurnuxmalar var və bu haqda açıq danışmaq lazmdır"-hərbi ekspert deyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol