• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi tikinti şirkətlərinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Bəzi tikinti şirkətlərinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
29.11.2017 17:00
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan mütərəqqi islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında 28 aprel 2017-ci il tarixli Fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
 
APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tikinti obyektlərində, o cümlədən bu növ obyektlərin sifarişçi, podratçı və ya subpodratçıları olan "İ.N.V.” və "XƏZƏR-SV” adlı Mənzil-Tikinti Kooperativləri (MTK), "İNŞAAT KONSTRUKSİYALARI”, "FILEUR GLOBAL SECURITY GROUP”, "RAHATLIĞIN MƏKANI-GOLD”, "AZKO İNŞAAT” və "AVES” adlı Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC), eləcə də fiziki şəxs Azər Niftəliyevin sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış səyyar monitorinqlərin nəticələrinə dair həmin agentlikdən daxil olmuş sənədlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
 
İlkin araşdırmalarla "İ.N.V.” MTK və "AVES” MMC-nin vəzifəli şəxslərinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb etmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə  yetirilməsinə cəlb edilməsi) maddələri ilə 2 cinayət işi başlanaraq, ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilib.
 
Araşdırmalar zamanı həmçinin,  "RAHATLIĞIN MƏKANI-GOLD” MMC və "AZKO İNŞAAT” MMC tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edildiyindən, sözügedən hüquqi şəxslərin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün inzibati icraatın açılması barədə qərarlar qəbul edilərək, toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilib.
 
Hazırda qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət və ya inzibati məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol