• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəni bölmək istəyən üçüncü qüvvə

Türkiyəni bölmək istəyən üçüncü qüvvə
16.01.2018 00:17
Rusiyanın ermənipərəst "Regnum” agentliyində çalışan gəncəli şərqşünas Stanislav Tarasov iddia edir ki, SSRİ  dağılandan sonra Cənubi Qafqazda ən uğurlu siyasət qurmuş xalq ermənilərdir.

İstiPress-in məlumatına görə,  bu barədə yazdığı «Qafqaz baharı ərəb baharına doğru gedir» başlıqlı məqalə yazmış Tarasovun iddiasına görə, "Cənubi Qafqaz baharı” 1991-ci ildə baş verib. Şərhçinin iddiasına görə, bu bahardan ən qazanclı çıxmış xalq ermənilərdir: "Azərbaycan və Gürcüstan keçmiş Azərbaycan SSR və Gürcüstan SSR-ə məxsus ərazilərin böyük hissəsi üzərində nəzarəti itiriblər, halbuki, Ermənistan keçmiş Ermənistan SSR-ə məxsus əraziləri saxlamaqla yanaşı, öz nəzarət zonasını da genişləndirib”. 

Məqalədə Türkiyəyə qarşı Böyük Britaniya və Fransanın 1916-cı ildə tətbiq etmək istədiyi Sayks-Piko sazişinin yenidən gündəmə gəldiyi iddia edilir. Həmin sazişə görə, keçmiş Osmanlının, o cümlədən indiki Türkiyə Respublikasının ərazisi bir neçə yerə bölünməli idi. Tarasov iddia edir ki,  PKK yaraqlılarına dəstək verən ABŞ bu layihəni yenidən gündəmə gətirmək niyyətindədir. Onun ididasına görə, Türkiyə ilə "iki dövlət, bir millət”yolu tutmuş Azərbaycan da bundan zərər görəcək. 

Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində Tarasovun bu iddialarını tamamilə xəyald məhsulu adlandırıb: "Ermənistan hansı uğurlu siyasəti qurub? Oturuşmuş heç bir dövlət institutu yoxdur. Siyasətçilər arasında ciddi fikir ayrılığı var. Xalq arasında isə qarabağlı - ermənistanlı qarşıdurması yaşanır. Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında ciddi qarşdurma var».

Politoloqun sözlərinə görə, Ermənistının hansısa əraziləri nəzarətdə saxlaması da mifdən başqa bir şey deyil: "Düz-əməlli ordusu olmayan bir topluluq hansı əraziləri nəzarətdə saxlaya bilər? Rusiyanın hərbi dəstəyi olmasa, Azərbaycan Ermənistanı rahatlıqla öz ərazilərindən çıxara bilər. Azərbaycan həm iqtisadi, həm də hərbi güc baxımından Cənubi Qafqazın lideridir".

Qabil Hüseynlinin fikrincə, Stanislav Tarasovun məqaləsi Rusiyanın dərin dövlət maraqları müstəvisində yazalıb: «Yəni digər iki respublikanı şirnikdirməyə və Ermənistanın gününə salmağa çalışırlar. Amma bu baş tutan deyil. Ermənistanın vəziyyətini görən heç bir xalq heç nəyin müqabilində Rusiyanın tələsinə uymaz. Türkiyəyə gəldikdə isə onu heç bir dövlət, heç ABŞ-da parçalaya bilməz".

Azərbaycanın keçmiş dövlət müşavirinin sözlərini Ermənistan sərhədlərində rus ordusunun dayanması daha aydın sübut edir: Əgər ermənilərin güclü ordusu varsa və o, hansısa əraziyə nəzarət edirsə, niyə İran və Tüyrkiyə ilə sərhədi Rusiya qoruyur? Bir də amerikanlar demişkən, ermənilər belə ağıllıdırsa, niyə belə yoxsuldurlar və öz "xoşbəxt" ölkələrini niyə qoyub qaçırlar? 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol