• $
  • €
  • ₽
  • ₺
  • £

“Erməni təxribatlarını sübut edən foto və videolar var” - Polkovnik

“Erməni təxribatlarını sübut edən foto və videolar var” - Polkovnik
21.02.2018 12:14
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qarabağda hər an müharibənin başlaya biləcəyini bəyan edib. Nazir bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

General-polkovnik cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlaya biləcəyini istisna etməyib.

Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, Azərbaycanın müdafiə nazirinin xəbərdarlığı gündəmdə olan məsələdir və bu, gizlədilmir: 

"Müharibə bitməyib. Azərbaycan torpaqları işğaldan azad edilməyincə, müharibə bitməyəcək. Sadəcə, 2016-cı ilin aprel ayından bəri aktiv hərbi əməliyyatlar keçirilmir. Aprel əməliyyatı təhlükəsizliyi təmin etmək üçün həyata keçirildi. Bu əməliyyatdan sonra həmin istiqamətdə lazımı təhlükəsizlik təmin olundu. Hazırda atəşkəs rejimidir. Amma, atəşkə mütəmadi olaraq pozulur. Əgər gün ərzində 150 dəfə atəşkəs pozulursa, burada hansısa sülhdən söhbət gedə bilməz”.

Ş.Ramaldanov qeyd edib ki, atəşkəs rejimi beynəlxalq qurumların təzyiqi altında elan olunub: "Ermənistan tərəfi atəşkəsə riayət etmir. Düşmən hər zaman təxribatlara əl atır. Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində olan bölmələrinin erməni təxribatlarının qarşısını aldığını sübut edən video və foto sübutlar var. Bütün bunlar onu göstərir ki, müharibə davam edir”. 

Polkovnik bildirib ki, Ermənistanda vəziyyət pisləşəndə cəbhə bölgəsində gərginlik müşahidə olunur: "Ermənistanda seçkiqabağı cəmiyyətdə gedən gərginləşmə, öz əksini Qarabağda göstərir. Ermənistanın siyasəti heç vaxt müstəqil olmayıb. Bu ölkə həmişə diqtə ilə oturub-durur. Qarabağ böyük dövlətlərin marağı üçün istifadə olunacaq bir amildir. Ona görə də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov vaxtının çox hissəsini cəbhə bölgəsində keçirir. Bir hərbi hissədən digərinə gedir. Çünki, düşmən dinc dayanmır. Silahlanır, təxribata əl atmaq üçün tədbirlər görür. Bu haqda məlumatımız var. Ona görə də qabaqlayıcı tədbirlər görmək məqsədi ilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində işləyir, lazımı tədbirlər görülür”. 

Ş.Ramaldanov vurğulayıb ki, müharibənin hər an aktiv fazaya keçməsi ilə bağlı ehtimallar getdikcə artır: "Ermənistanda, Azərbaycanda və Rusiyada seçkilər olacaq. Bu şəraitdə ola bilsin ki, ermənilər Qarabağ bölgəsində həmişə olduğu kimi təxribata əl atsınlar. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ciddi şəkildə beynəlxalq qurumlara mesaj verib ki, Azərbaycan öz torpaqlarının işğalı ilə barışmayacaq və hər an azad etməyə başlaya bilər. Hesab edirəm ki, müdafiə nazirinin xəbərdarlığı gündəmdə olan məsələdir və bunu gizlətmirik. Vəziyyətin ciddi olmasını anlayırıq. Silahlı Qüvvələrə də bu barədə tapşırıqlar verilib və lazımi tədbirlər görülməkdədir”. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol