• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin köməkçisi: Bayrağımız Qarabağda dalğalanacaq

Prezidentin köməkçisi: Bayrağımız Qarabağda dalğalanacaq
11.05.2018 13:14
Bugünkü tədbirimiz iki mötəbər hadisəyə həsr olunub. İlk hadisə ulu öndər Heydər Əliyevin 95 illik yubileyi çərçivəsində, ikinci hadisə isə AXC-nin yaradılmasının yüzilliyi çərçivəsində keçirilir.  

Anews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov ümummilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Sevdiyim” adlı layihənin təqdimat mərasimində deyib:

"Bu gün həm də qeyd edildiyi kimi, Azərbaycan dövlət bayrağına həsr olunmuş mahnının təqdimatı olacaq. 

Müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı dövlət rəmzi kimi ilk dəfə AXC tərəfindən 1918-ci ilin 9 noyabr tarixində təsdiq edilib. Təəssüflər olsun ki, bu bayraq cəmi 23 ay yaşaya bildi. Lakin cümhuriyyətin süqut etməsinə baxmayaraq, Azərbaycan xalqı öz bayrağını daima öz qəlbində yaşadıb və 70 il sonra ona sahib çıxıb.

1990-cı il 17 noyabr tarixində ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib.

Elə həmin gün dövlət bayrağımız sessiyaya gətirilib və Ali Məclisdə ucaldılıb. Bu, çox fədakar addım idi. 

Bizim müstəqilliyə gedən yolumuz elə həmin gündən başladı. Ümumilli liderimiz dövlət bayrağımıza sadəcə dövlət rəmzi kimi deyil, dünya Azərbaycanlılarını birləşdirən simvol kimi dəyər verirdi.

1969-cu ildə ümummilli lider Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet Ittifaqında ən geridə qalmış respublikalardan biri idi. Lakin 13 illik rəhbərlik dövründə Azərbaycan Sovet Ittifaqının ən inkişaf etmiş və qabaqcıl ölkələrindən birinə çevrildi”.

Fuad Ələsgərov bildirib ki, hazırda Azərbaycan ordusu müasir silahlarla təchiz edilib, yüksək döyüş hazırlığına malik, ali baş komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadirdir:

"Bu ordu öz gücünü 2016-cı ilin aprel ayındakı dövrlərdə göstərib və üçrəngli bayrağı düşməndən azad edilən torpaqlarda ucaldıb. Əminik ki, yaxın zamanlarda üçrəngli bayrağımız Qarabağda dalğalanacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol