• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa kimlər gəlir: Biz elə bir düşmənlə üz-üzəyik ki...

Qarabağa kimlər gəlir: Biz elə bir düşmənlə üz-üzəyik ki...
31.08.2018 10:42
Azərbaycanın işğal altında olan torpaqlarına ermənilərin təşkilatçılığı ilə son günlərdə gələn şəxslərin kimliyi bir məsələyə xüsusi diqqət çəkməyin vacibliyini göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə Avropa Parlamentinin deputatı Martin Sonnebornun səfərini şərh edən "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. A.Camalqızı bildirib ki, M.Sonnebornun kimliyini müəyyən etmək üçün onun fotosuna baxmaq kifayətdir:

"Artıq bu barədə rəsmi mövqe də var: Sonnobern siyasi təlxək və marginaldır. Erməni lobbisi külli miqdarda pul xərcləsə də, yalnız Sonnobernlərin Dağlıq Qarabağa qanunsuz səfər etməsinə nail ola bilir. Bu fakt Ermənistan xarici siyasətinin necə iflasa uğradığını və işğalçılığın artıq dünyanın mötəbər qurumları və şəxsləri tərəfindən daha açıq şəkildə dərk edildiyini üzə çıxarır. Digər tərəfdən isə bu, qarşımızda necə təhlükəli bir düşmənin olduğunu göstərən faktdır”.

A.Camalqızı bir neçə gün öncə ABŞ-da yaşayan erməni milyonçu Den Bilzeryanın Qarabağa gəlməsinə diqqət çəkib:

"Den Bilzeryan dünyaca məşhur qumarbazdır, açıq-saçıq və qeyri-normal həyat tərzi ilə gündəmdədir. Onun atası Pol Bilzeryan külli miqdarda pul mənimsədiyinə və fırıldaqçılığa görə həbs həyatı yaşayıb. Kriminal bir ailədə böyüyən bu şəxs pleyboy kimi də məşhurdur və yarıçılpaq qızların əhatəsində nümayiş etdirdiyi pul görüntüləri ilə sosial şəbəkələrin "fenomeninə” çevrilib”.

 
Fikir verdinizsə, erməni mediası bir neçə gündür
Den Bilzaryanın İrəvanda bütün addımlarını – özü ilə gətirdiyi qızların küçədəki pozlarına qədər – manşetlərə daşıyır və bunu böyük piar sayır. Xatırlayırsınızsa, bir müddət öncə Kim Kardaşyan da Ermənistanda bu cür təntənə ilə qarşılanmış və onun "siyasi mövqeyi” böyük bir hadisə kimi təqdim edilmişdi. Yəni Ermənistanın son bir ildə təmtəraqla qəbul etdiyi "məşhur simaları” Kim Kardaşyan və Den Bilzeryandır. Qadınları Kim Kardaşyan, kişiləri isə Den Bilzaryanın simasında ümumiləşdirilən, bu cür "şəxsiyyətləri” ilə fəxr edən adamların hansı həyasızlığa qadir olduğunu təsəvvür etmək çətin deyil. Ona görə hesab edirəm ki, bu əxlaqda olan bir düşmənlə üz-üzə qaldığımızın fərqinə varmalı və buna həm də media olaraq hazır olmalıyıq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol