• $
  • €
  • ₽
  • ₺
  • £

3-cü sinif şagirdi İlham Əliyevə məktub yazdı

3-cü sinif şagirdi İlham Əliyevə məktub yazdı
01.10.2018 13:16
Bakı sakini, 3-cü sinif şagirdi Fərid Rüstəmli prezident İlham Əliyevə məktub yazıb.

Qaynarinfo xəbər verir ki, məktəbli dövlət başçısından ictimai nəqliyyatda şagirdlərdən gedişhaqqı alınmamasını xahiş edib.

Həmin məktunu dərc edirik:

"Çox hörmətli prezidentimiz, məktəbli salamımı qəbul etməyinizi xahiş edirəm. Hər dəfə sizi televizorda görəndə sevinir, fəxr edirəm. Sizin hər bir sözünüzü alqışlayıram. Yaxşı rəhbərsiniz. Sizin vaxtınızda şəhərimiz çox gözəlləşib. Yeni yollar çıkdirir, məktəblər tikdirirsiniz. Bizim yaxşı oxumağımız üçün hər bir şərait yaradırsınız. Amma bunu bəzi əmilər, dayılar başa düşmürlər.

Yeni dərs ilinin ilk günündən çətinliklərlə üzləşməli oldum. Avtobusdakı gediş haqqı məni məyus etdi. Biz ailədə 3 nəfərik, anam, qardaşım, bir də mən. Qardaşım da beşincidə oxuyur. Atamı itirəndə iki yaşım olardı. O, gecə yatdı, səhər oyanmadı. Ailəmizi anam dolandırır. Biz hər gün evdən bir çıxır, bir də qayıdırıq. Gündə avtobusa 1,8 manat pul veririk. Bizim kimi belə ailələr bəlkə də yüzlərlədir. İmkanlıların uşaqları məktəbə şəxsi maşınla gəlib-gedirlər. İmkansız uşaqları isə avtobusdan istifadə edirlər. Şəhər məktəblərində oxuyan şagirdlərdən gediş haqqı alınmasa, yəqin bu ölkəmizin büdcəsinə təsir etməz. 

Çox hörmətli prezidentimiz. Bəlkə lazımi adamlara göstəriş verəsiniz, biz şagirdlər barədə də bir şey fikirləşsinlər. Bir şagird kimi mənim xahişimi nəzərə almağınızı xahiş edirəm".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol