• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistandan Naxçıvanla bağlı SENSASİYALI PLAN, oktyabrın 13-də... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistandan Naxçıvanla bağlı SENSASİYALI PLAN, oktyabrın 13-də... – GÜNÜN SİYASİ XÜLASƏSİ
01.10.2018 21:08
Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü görüşlə bağlı yeni görüntülər yayılıb. Ermənistanın Baqramyan poliqonunda Rusiya-Ermənistan vahid ordu qruplaşmasının təlimi start götürüb. Sentyabrın 29-da İrəvanda "Sasna srer” qruplaşması eyniadlı hərbiləşmiş partiya yaratdıqlarını elan edib. Türkiyə Böyük Millət Məclisinin yeni mövsünün açılış iclasında çıxış edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a sərt mesajlar verib. Ukraynanın Donbas bölgəsində vəziyyət yenidən gərginləşib.
Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü görüşlə bağlı yeni görüntülər yayılıb. Kadrları "Rusiya 1” telekanalı yayıb.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində görüş zamanı təmas xəttində gərginliyin azaldılması üçün iki ölkənin hərbiçiləri arasında əlaqənin yaradılması haqqında razılığa gəldilər. Bu razılaşma münaqişənin həlli olunması ilə bağlı aparılan uzunmüddətli danışıqlarda nadir rast gəlinən məqamdır.
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov iddia edir ki, prosesə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan daxil olacaq.
"Proqnozumuz belədir ki, Əliyevlə Paşinyanın razılaşması praktiki olaraq reallaşmağa başlayanda Ərdoğan prosesə daxil olacaq. Ankara Ermənistanla münasibətləri normallaşdırmaq və Azərbaycanın ərazi bütövlüyünün bu formada həllini tapmasını istəyir. Görünür, Bakı və Ankara Qarabağla bağlı birgə strateji plan hazırlayıblar və Düşənbədəki razılaşma bu planın ilk mərhələsinin başlanması idi”, - deyə o bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə gün əvvəl Düşənbədə keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin fəallaşması üçün böyük əhəmiyyət daşıyır. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
O qeyd edib ki, bu görüş barədə məlumatlar çox müsbətdir: "Liderlərin danışıqlar prosesinə sadiq qaldıqlarını bildirməsi, eləcə də qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmləndirilməsi barədə razılaşma uzun müddətdir ki, ATƏT Minsk qrupunun təbliğ etdiyi sağlam düşüncənin nəticəsidir”.
M.Brayza əlavə edib ki, bu cür müsbət şəxsi münasibətlər danışıqlar prosesinin fəallaşması üçün zəruridir və qarşılıqlı etimadın təmin olunması üçün əsas amildir.
Ermənistanın Baqramyan poliqonunda Rusiya-Ermənistan vahid ordu qruplaşmasının təlimi start götürüb. Bunu jurnalistlərə açıqlamasında Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafev deyib. Onun sözlərinə görə, təlimdə motoatıcı birliklər, artilleriya, tank, kəşfiyyat, mühəndis və rabitə birlikləri ordu aviasiyasının dəstəyi ilə şərti düşmənin məhvi və bloklanmasını həyata keçirəcəklər. Təlim vahid ordu qruplaşmasının rəhbəri Tiqran Pərvanyanın rəhbərliyi ilə aparılacaq.
Astafev təlimdə hər iki tərəfdən 1000 hərbçinin və 200 texnikanın iştirak etdiyini bildirib.
Sentyabrın 29-da İrəvanda "Sasna srer” qruplaşması eyniadlı hərbiləşmiş partiya yaratdıqlarını elan edib. Yeni partiyanın mətbuat katibi Varukan Avetisyan silahlı mübarizənin dayandırılması və siyasi fəaliyyətin başlanması haqqında qərar verdiklərini bildirib

"Erməni diasporuna boyun əyərək türk tezislərini qadağan edən parlamentlərin qərarlarına hörmət göstərmirik”. Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oktay bildirib.

"1915-ci il hadisələrindən tariximizi oğurlamaq istəyənlər bütün səylərinə baxmayaraq, ölkəmizə ədavəti qeydə alınan dövlətlər istisna olmaqla, hədəflərinə çatmayıblar. Məhz 2015-ci il ərəfəsində intensivləşən böhtan kampaniyaları ölkəmizin duruşu, Türk Tarix Qurumu kimi rəsmi qurumlarımızın və diplomatlarımızın səyləri nəticəsində boşa çıxmışdır”, - o deyib.
Türkiyə hökumətinə yaxınlığı ilə tanınan "Hürriyyət” nəşrinin yazarı Əbdülkadir Selvi Türkiyədə ev həbsi altında olan amerikalı rahib Endrü Bransonla əlaqədar bir iddia irəli sürüb. Yazar Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşan Bransonun oktyabrın 13-də sərbəst buraxılacağını iddia edib.

Türkiyə Böyük Millət Məclisinin yeni mövsünün açılış iclasında çıxış edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a sərt mesajlar verib. Ərdoğan Türkiyə iqtisadiyyatının hücumlarla yıxılmayacaq qədər güclü olduğunu bildirib.
"ABŞ etibarlılığını ciddi şəkildə itirib. Bizim yaşadıqlarımızdan sonra dünyada heç bir ölkənin Amerika ilə əlaqələrinə güvənlə baxması artıq mümkün deyil. Dünyanın hər hansı ölkəsinin Amerika ilə münasibətlərini təhlükəsiz şəkildə nəzərdən keçirməsi artıq mümkün deyil. Türkiyə iqtisadiyyatı hücumlarla yıxılmayacaq qədər güclüdür”, - Türkiyə lideri vurğulayıb.
Prezident ABŞ-ın istifadə etdiyi şantaj və təhdidlərlə razılaşmayacağını söyləyib.
İran Əhvaz teraktının təşkilatçılarına və onların Suriyada Fərat çayının şərq sahilində yerləşən obyektlərinə raket zərbələri endirib. Bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan Press TV yayıb. Raket zərbəsi nəticəsində çox sayda terrorçunun öldürüldüyü bildirilib.
Qeyd edək ki, Əhvazda hərbi paradın atəşə tutulması nəticəsində 29 nəfər ölmüşdü.
ABŞ-ın İrana qarşı yeni sanksiyaları neftin qiymətinə və bütün Yaxın Şərqə ciddi təsir edir. Bunu "RİA Novosti” agentliyinə açıqlamasında İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi deyib.
"Mən bu məsələdə ekspert deyiləm. Hər kəs deyir ki, əgər İran neft bazarından kənarda qalsa, bu, neftin qiymətlərinə ciddi təsir göstərəcək.
Bizim Hörmüz boğazını bağlayacağımızla bağlı bəyanatlarımız təhdid yox, reallıqdır. Aydındır ki, Fars körfəzinin bütün ölkələri öz neftini satmaq istəyirlər. Ona görə də elə etmək lazımdır ki, regionun bütün ölkələri xoşbəxt olsunlar. İstənilən razılaşma hərtərəfli olmalıdır. Əgər siz bir ölkəni Trampın istədiyi kimi belə razılaşmadan kənara qoyub, neft satışını sıfıra endirmək istəyirsinizsə, bu, bütün region üçün problem yaradacaq. Bu, aydın faktdır və heç bir sübuta ehtiyacı yoxdur”, – deyə o bildirib.
Ukraynanın Donbas bölgəsində vəziyyət yenidən gərginləşib. Ukrayna Silahlı Qüvvələri cəbhədə atəşkəsi pozan "Donetsk Xalq Respublikası” separatçı qurumun silahlı birləşmələrinə dağıdıcı zərbələr endirib.
Qarşıdurma nəticəsində 4 döyüşçü öldürülüb, daha 8-i yaralanıb. Ukrayna tərəfdən bir hərbçinin yaralandığı bildirilir. Atışmanın fasilələrlə davam etdiyi deyilir.(publika)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol