• $
  • €
  • ₽
  • ₺
  • £

3 ölkə Türkiyəyə qarşı birləşdi: qardaş ölkəyə qarşı hücum PLANININ SENSASİYALI DETALLARI

3 ölkə Türkiyəyə qarşı birləşdi: qardaş ölkəyə qarşı hücum PLANININ SENSASİYALI DETALLARI
14.11.2018 21:38
Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətini Türkiyənin üzərinə yıxmağa çalışır.
Publika.az xəbər verir ki, bu haqda Türkiyənin "Yeni Şəfəq” nəşrinə Mehmet Acet yazıb.
Onun sözlərinə görə, məqaləni ərəb hakimiyyətlərində, Körfəzdə, bağlı qapılar arxasında nələrin baş verdiyini, Türkiyəyə qarşı hansı çirkin oyunların oynanıldığını yaxşı bilən bir şəxsi dinləyərək qələmə alıb.
"Birləşmiş Ərəb Əmirlikləri avqust ayında Türkiyəni hədəf alan valyuta hücumlarının tam mərkəzində yer alırdı. Bu, şübhəsizdir. Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından ibarət üçlük Qaşıqçı cinayətində günahı Türkiyənin üzərinə qoymaq üçün "bu cinayət türk səlahiyyətlilərin iştirakı olmadan baş verə bilməzdi, işin içində bəzi türk səlahiyyətliləri var” şəklində bir "qara piar” kampaniyası aparırlar. Təəssüf ki, bu kampaniya yaxşı işləyir”, - yazar qeyd edib.
Onun sözlərinə görə, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qaşıqçı cinayətini ört-basdır etmək, bu mümkün olmadığı halda, cinayəti Türkiyənin üzərinə yıxmaq qərarına gəliblər.

Amma, qeyd edilir ki, cinayətə aid dəlillərin hər kəs tərəfindən qəbul ediləcək qədər güclü olması bu ölkələri "fərqli strategiya”nı həyata keçirməyə itələyir.
"Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Qaşıqçının öldürülməsi ilə əlaqədar hələ ictimaiyyətlə paylaşılmayan dəlillərin olduğunu bildirdi. Hələ açıqlanmayan dəlillər arasında cinayət əmrini verən şəxsə qədər əhəmiyyətli məlumatların olub-olmadığı maraq doğurur. Müxtəlif ölkələrə göndərilən səs qeydləri ilə Səudiyyə Ərəbistanının belə razılaşdığı bildirilir. Lakin bu səs qeydlərinin məzmunu hələ ictimaiyyətə tam məlum deyil. Bunlar cinayəti törədənlər qədər, onun əmrini verənlərin də canına qorxu salan suallardır. Ona görə də Qaşıqçı cinayətini Türkiyənin üzərinə yıxaraq işin içindən sıyrılmaq cəhdi müdrik bir "çıxış strategiyası” kimi görünmür. Bunun əvəzinə, yan yollarla irəliləyərək yenə Türkiyəyə zərər vermə motivi ilə vəziyyətdən çıxmaq istəyə bilərlər”, - Mehmet Acet qeyd edib.
Söhbət hansı ssenarilərdən gedə bilər?
"Gəzi hadisələrində, 15 iyul dövlət çevrilişə cəhddə və avqustda valyuta hücumlarında olduğu kimi pulun gücündən istifadə edərək birbaşa Türkiyəni hədəf alan, Ərdoğanın Qaşıqçı cinayətinin aydınlaşdırılması üçün sərgilədiyi qərarlı duruşa təsir etməyə yönəlik yeni cəhdlər qarşımıza çıxa bilər. Qarşıdakı müddətdə Türkiyəni çətin vəziyyətə sala biləcək hər hansı proseslər baş verdiyi təqdirdə, izləri ilk olaraq bu üç ölkə üzərindən axtarmaq lazımdır”, - yazar əlavə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol