• $
  • €
  • ₽
  • ₺
  • £

Vigen Sarkisyan: "... Və biz Azərbaycanın çox güclü 100-minlik ordusu ilə üz-üzə qalacağıq"

Vigen Sarkisyan: "... Və biz Azərbaycanın çox güclü 100-minlik ordusu ilə üz-üzə qalacağıq"
01.12.2018 22:08
Ermənistanın sabiq müdafiə naziri, qarşıdakı parlament seçkilərində Ermənistan Respublika Partiyasının siyahısına başçılıq edən Vigen Sarkisyan Nikol Paşinyanı və onun tərəfdarlarını Qarabağ mövzusunda fikir bildirərkən son dərəcə ehtiyatlı olmağa çağırıb.


Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, "Mənim addımım" blokundan deputatlığa namizəd, Qarabağ müharibəsi veteranı Sasun Mikaelyanın qalmaqallı fikirini şərh edərkən Sarkisyan bildirib ki, çox inanmaq istəyir ki, bu, düzəliş idi.


Xatırladaq ki, S.Mikaelyan 26 noyabrda Talin şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı bu ilin yazında Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən məxməri inqilabı Qarabağ müharibəsindəki "qələbə” ilə müqayisə edib. Bildirib ki, məxməri inqilab Qarabağ müharibəsindəki "qələbədən” daha mühüm hadisədir. "Bizim xalqımız anlamadı ki, insanlar öz həyatlarını nə üçün qurban verdilər", - deyə deputatlığa namizəd xüsusi vurğulamışdı.


"Əgər bu, Paşinyanla qabaqcadan razılaşdırılmış bəyanat idisə, onda bunun uzağa gedəcək nəticələri olacaq. Mənim üçün ən dərin problem bu gün baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısının Qarabağın hərbi-siyasi rəhbərliyi ilə əlaqələrdə ictimai bəyanatlar verərək yaratdığı bu böhrandır, hansı ki, çox təhlükəli nəticələrə aparıb çıxara bilər.


Mən hamını bir an dayanmağa və onu unutmağa çağırmaq istəyirəm ki, indi seçkiqabağı mübarizə kedir. 12 gün sonra o qurtaracaq və biz rəqibimizlə, çox yaxşı silahlanmış ordu ilə üz-üzə qalacağıq. Cavab verməyə hazır olmaq lazımdır. Əks halda bizi daxili qurdumuz özü yeyəcək", - deyə news.am saytının rusdilli versiyası Vigen Sarkisyandan sitat gətirir.


Maraqlıdır ki, news.am saytının ermənidilli versiyasında sabiq müdafiə nazirinin fikiri bir qədər başqa cür səslənir: "Mən hamını– baş naziri, bizim Qarabağdakı qardaşlarımızı və ordu rəhbərliyini seçkiqabağı mübarizəni bir anlığz unutmağa çağırıram. O, 12 gün sonra bitəcək və biz rəqibimizlə, onun çox güclü 100-minlik ordusu ilə üz-üzə qalacağıq. Biz cavab vermək üçün hazır olmalıyıq. Bizim daxili qurdumuz bizi yeyəcək".


Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 9 dekabrda keçiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol