• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin medal verdiyi qardaşlar danışdı: "Bunu gözləmirdik..." - FOTO

Prezidentin medal verdiyi qardaşlar danışdı: "Bunu gözləmirdik..." - FOTO
01.02.2019 14:44
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Sabir və Umud Şirinov qardaşlarının "İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev və  birinci xanım Mehriban Əliyeva qardaşları qəbul edib və onlara medalları təqdim ediblər.

Məsələ ilə bağlı Unikal.org-a danışan Sabir Şirinov bildirib ki, ölkə başçısı və xanımı onları çox yüksək səviyyədə qəbul edib:

"Bu bizi çox qürurlandırdı. Əslində bu səviyyədə dəyərləndiriləcəyimizi gözləmirdik. Cənab prezidentə və xanımına təşəkkürümüzü bildiririk. Başqa ölkədə yaşasaq da bizim xeyirxah əməllərimizi nəzərdən qaçırmırlar və əksinə bunu yüksək dəyərləndirirlər. Sağ olsunlar. Bundan sonrada ölkəmizi, dövlətimizi qürurlandıracaq əməllərin sahibi olacağıq”. 

Xatırladaq ki, Ukraynada yaşayan azərbaycanlı qardaşlar yanvarın 19-da Nikolayev şəhəri ətrafında hərəkət edərkən yolun kənarında çevrilmiş və artıq yanmağa başlayan bir avtomobil görüblər. Maşının içindən körpə səsi gəlirmiş. Qardaşlar içəridə sıxışıb qalanları çıxarmaq üçün ətrafdakı insanlara müraciət edirlər. Lakin kimsə həyatını riskə atmaq istəmir. O zaman Sabir və Ümid özləri təkcə maşındakıları qurtarmağa girişirlər. Yan şüşələri sındırıb içəridəkiləri çıxarmaq cəhdi uğursuz olduqda, baqaj tərəfdən salona daxil olurlar. Ana və körpəni xilas edirlər. Bu zaman maşın daha bərk yanmağa başlayıb. Ətrafdakılar qışqırıb onları uzaqlaşmağa çağırırlar. Lakin qardaşlar ön oturacağı sındıraraq ailə başçısını da çıxara bilirlər. Bir-iki dəqiqədən sonra isə maşın partlayır. Sabir və Ümid bundan sonra həmin ailəni xəstəxanaya aparan təcili yardımı müşayiət ediblər və ailəyə maddi yardım da göstəriblər. Sabir və Ümid Şirinovlar ailəlidirlər, hər birinin iki uşağı var. Onlar Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətindəki üzvləridir.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol