• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: İmkanlı adamlar siyasi partiya alır, ortaya çıxarmaq üçün məqam gözləyir

Siyavuş Novruzov: İmkanlı adamlar siyasi partiya alır, ortaya çıxarmaq üçün məqam gözləyir
16.02.2019 10:43
"Siyasi partiyalar haqqında” qanuna ciddi dəyişikliklər edilməlidir.
Düzdür, müxtəlif dövrlərdə zaman-zaman bu qanuna dəyişikliklər edilib, həmin dəyişikliklər həyata keçirilib, icra olunub, amma bununla belə, yeni dəyişikliklərə ehtiyac var.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Millət vəkili hesab edir ki, mövcud qanuna iki əsas dəyişiklik edilməlidir ki, bunlardan biri maliyyə hesabatı verməyən, həmçinin, hesabat verib, ancaq hesabında maliyyənin olmadığını iddia edən partiyalarla bağlı məsələdir: 

"Bu gün Azərbaycanda qeydiyyatdan  keçən və qeydiyyatdan keçməyən xeyli sayda partiya var.
Çoxlarının da yalnız adı var, nə işlə məşğul olduqları bilinmir, heç bir fəaliyyətləri yoxdur. Ona görə bütün partiyalar öz mövcudluqlarını təsdiqləmək istəyirlərsə, ilk növbədə maliyyə hesabatlarını verməlidirlər.

Yəni, hesabat verməyən partiyalar hesabatını verməlidir və onların hər biri yoxlanılmalıdır ki, qaranlıq məqamlar qalmasın.
Xarici kəşfiyyatdan, ayrı-ayrı dövlətlərdən onlara başqa ad altında vəsait daxil olub, olmayıb, bu məsələ tam aydınlaşdırılmalıdır.
Çünki bu vəsaitlər nəticə etibarı ilə Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına qarşı, ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş vəsaitlərdir.
Onun üçün də qeyd olunub ki, hər bir partiya həm ictimaiyyət, həm də aidiyyəti struktur qarşısında hesabat versinlər. 
Bir sıra partiyalar var ki, bu hesabatı vermir, bir sıra partiyalar da fəaliyyət göstərməsinə baxmayaraq, hesabatında heç bir vəsait göstərmir, guya bunlar ictimai əsaslarla, pulsuz-filansız fəaliyyət göstəriblər.

Halbuki oradan əməkhaqqı da alırlar, digər bütün təminatlarını da həll edirlər”.
S. Novruzovun dediyinə görə, dəyişikliyi zəruri edən ikinci bir məsələ isə partiyaların fəaliyyəti ilə bağlıdır. 
"Bəzən görürsən ki, partiyalar hərdən alqı-satqı obyektinə çevrilir.
Onlarla belə fakt göstərə bilərəm ki, kimsə vaxtında  partiya yaradıb, qeydiyyatdan keçirib, sonra onu imkanlı bir adama möhürü, adı ilə satıb. 
Həmin imkanlı adam da partiyanı özü üçün saxlayır və məqam gözləyir ki, onu ortaya çıxarsın və desin ki, bu da artıq partiya sədridir, bunun da siyasi təşkilatı var, bu da siyasi liderdir və sairə və ilaxır.
Yəni, məqsədi odir ki, özünün çirkin əməllərini həmin o partiya pərdəsi arxasında gizlətməyə çalışsın. 
Ancaq dünyada belə bir praktika var, hər hansı partiya iki il müddətinə fəaliyyət göstərmirsə, seçkidə iştirak etmirsə, alternativ layihələr vermirsə, xalqla dövlət arasında müvafiq rol oynamırsa, onun qeydiyyatı ləğv olunur.
Bu, Avropanın aparıcı dövlətlərinin hər birində var və indi biz də bunu artıq qanunvericiliyimizə salmalıyıq.
Yəni, müəyyənləşsin ki, o, partiyadır, yoxsa, nədir, onun funksiyası nədən ibarətdir... 
Görürsən ki, kimsə bir bəyanat yazır, amma altında iyirmi partiya qol çəkir.
Halbuki onlardan 18-nin heç birinin fəaliyyəti yoxdur və cəmiyyətdə tanımır. Nə özünü, nə sədrini, nə partiyanın adını tanıyan var.
Amma görürsən ki, haçansa qeydiyyatdan keçib. O baxımdan, bu məsələlərin tənzimlənməsinə ehtiyac var.
Hesab edirəm, qanunvericilikdə bunu da tənzimləməliyik”, - deyə, S. Novruzov əlavə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol