• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan İrəvanı ŞOKA SALACAQ ADDIM, müharibə elanına BƏRABƏR... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycandan İrəvanı ŞOKA SALACAQ ADDIM, müharibə elanına BƏRABƏR... – GÜNÜN SİYASİ XÜLASƏSİ
19.02.2019 20:44
Rusiyalı hərbi politoloq Pavel Felqenqauer Ermənistanın Rusiyadan yeni silah krediti almağa hazırlaşdığı haqqında xəbərləri şərh edib. Suriya ordusu Xama vilayətində döyüşçülərə qarşı tammiqyaslı hücuma başlayıb. Rusiya ABŞ-ın Suriyanı parçalamaq və Fəratın şərq sahilində qondarma dövlət yaratmaq cəhdində ittiham edib. ABŞ-ın 16 ştatın nümayəndələri prezident Donald Trampı məhkəməyə veriblər. Ukrayna prezidenti dövlətin konstitusiyasına dəyişikliklər haqqında qanunu imzalayıb.
"Ermənistan Rusiyadan yeni silah krediti almaq üçün güzəştlərə getməli olacaq”.Bu barədə rusiyalı hərbi politoloq Pavel Felqenqauer Ermənistanın Rusiyadan yeni silah krediti almağa hazırlaşdığı haqqında xəbərləri şərh edərkən deyib.
Rusiyalı hərbi ekspert qeyd edib ki, Dağlıq Qarabağda eskalasiya təhlükəsi mövcuddur və "aprel müharibəsi”ndən sonra hər iki tərəf uzun müddət növbəti müharibəyə hazırlaşır.

Azərbaycanın dünyanın güclü ölkələri ilə dostluq və tərəfdaşlıq münasibətləri, eləcə də ordunun arsenalını zənginləşdirmək istiqamətində atdığı uğurlu addımlar ermənilərin "axı onlar bizi niyə dəstəkləmir” kimi yazıq suallar verməsinə səbəb olur.

Suriya ordusu fevralın 19-da ölkənin şimal-qərbində yerləşən Xama vilayətində döyüşçülərə qarşı tammiqyaslı hücuma başlayıb. Bu haqda Bəşər Əsəd hökumətinə yaxınlığı ilə tanınan "The Al-Masdar News” nəşri bildirib.
Hücum əməliyyatının hədəfi "Hayat Tahrir aş-Şam” qruplaşması və Şərqi Türküstan İslam Hərəkatı tərəfindən nəzarət edilən ərazilərdir.
ABŞ-ın məqsədi Suriyanı parçalamaq və Fəratın şərq sahilində qondarma dövlət yaratmaqdır. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Başqa sözlə, Suriyanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı açıqlama ABŞ-ın sadəcə gözdən yayınmaq üçün manevridır. İndiki halda daha aydın şəkildə bəlli olur ki, onların hədəfi Suriyanı parçalayıb, Fəratın şərq sahilində qondarma dövlət yaratmaqdır. Onlar artıq aktiv şəkildə Suriyanın bu hissəsinə vəsait yatırır və öz müttəfiqlərini də məcbur edirlər ki, bu tənzimləmə üçün ödəniş etsinlər”, – deyə o bildirib.
İŞİD Liviyada möhkəmlənir və "Əl Qaidə” ilə əlaqələrini gücləndirir. Bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.
"İŞİD Liviyada, o cümlədən Tripolidə aktivliyini artırır, dövlət idarəetmə sisteminin parçalanmasından istifadə edir. İŞİD həmçinin "Əl Qaidə” ilə əlaqələrini gücləndirir, neft limanları yaxınlığında baş qaldırır”, – deyə o bildirib.
ABŞ-ın 16 ştatın nümayəndələri prezident Donald Trampı məhkəməyə veriblər."The New York Times” nəşrinin yazdığına görə, ştatlardan San-Fransisko dairə məhkəməsinə iddia daxil olub.
Onlar Konqresdən yan keçərək Meksika ilə sərhədin möhkəmləndirilməsinə vəsaitlərin ayrılmasını qanunsuz hesab edirlər. İddiaçılar hesab edirlər ki, prezident öz sərəncamı ilə Meksikayla sərhəddə divarın tikintisinə vəsaitləri ayırmaq hüququna malik deyil, çünki, Konstitusiyaya əsasən, xərclərə Konqres nəzarət edir.
Solsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı ABŞ-ın sanksiyalarının ikinci hissəsinin tətbiqi haqqında qərar istənilən vaxt qəbul edilə bilər. Bu haqda "RİA-Novosti” agentliyinə Amerika ekspertləri bildiriblər.

Bu gün sovet lideri Nikita Xruşşovun Krımı Ukraynaya birləşdirilməsi haqqında qərarından 65 il keçir.

Ukrayna prezidenti Pyotr Poroşenko dövlətin konstitusiyasına dəyişikliklər haqqında qanunu imzalayıb. Dəyişikliklər Ukraynanın NATO və Avropa İttifaqına üzvlük kursunu möhkəmləndirir.
Rusiya Ukrayna dövlətçiliyini məhv etməyə cəhd edir. Bunu Avropa Şurasının rəhbəri Donald Tuskla görüşü zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
"Kremlin məqsədi Ukrayna dövlətçiliyinin məhvidir. Onlar SSRİ-nin ikinci versiyasını yaratmaq istəyirlər. Yalnız Avropa İttifaqı və Ukraynanın həmrəyliyi bu kədərli zamana yenidən dönməyə imkan verməyəcək”, – deyə o bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol