• $
  • €
  • ₽
  • ₺
  • £

İran prezidenti Həsən Ruhani Azərbaycana və Körfəz ölkələrinə ərazi iddiası irəli sürdü

İran prezidenti Həsən Ruhani Azərbaycana və Körfəz ölkələrinə ərazi iddiası irəli sürdü
21.02.2019 20:22
Gunaz.tv-nin məlumatına görə, İran prezidenti Həsən Ruhani fevralın 11-i Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə ölkəsinin son iki əsrdə xeyli torpaq itirdiyini iddia edib: "Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar.
172 il əvvəl İranın şimal-qərbindəki torpaqlarının daha böyük bir hissəsi əldən gedib. 163 il əvvəl İranın şərqi ərazilərinin mühüm bir hissəsini, 138 il əvvəl şimal-şərqdəki ərazilərinin böyük bir hissəsini ələ keçiriblər.
100 il əvvəl İranın cənubunun böyük bir hissəsini də ölkədən ayırıblar. Körfəzin cənubunda yerləşən həmin ərazilərdə hazırda bir neçə ölkə yaradılıb”.
Həsən Ruhani 1948-ci ildə anadan olub. Silahlı Qüvvələrdə rəhbər postlar tutub, parlamentin deputatı, Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri, Üləma Məclisinin, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü olub.
2013 və 2017-ci illərdə prezident seçilib.
Novator.az bildirir ki, Həsən Ruhani "Son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi ölkədən ayrılıb və 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar” deyəndə ad çəkməsə də, Azərbaycanı nəzərdə tutub.
1813-cü il oktyabrın 12-də Azərbaycanın Gülüstan kəndində Rusiya ilə İran arasında sülh müqaviləsi imzalanıb. Birinci Rusiya-İran müharibəsinə (1804-1813-cü illər) son qoyan Gülüstan müqaviləsinin şərtlərinə əsasən, Azərbaycanın Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiyanın tabeçiliyinə keçib.
1828-ci il fevralın 10-da Türkmənçay kəndində (indiki İran ərazisi) Rusiya ilə İran arasında daha bir sülh müqaviləsi bağlanıb. İkinci Rusiya-İran müharibəsinin (1826-1828-ci illər) bitməsini nəzərdə tutan Türkmənçay müqaviləsinə əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın işğalı altına keçib.
Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiyanın işğalı altına düşən Azərbaycan torpaqlarında 1918-ci il may ayının 28-də müstəqil dövlət – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Müstəqil respublika 1920-ci ilin aprel ayındakı bolşevik işğalınadək yaşayıb. Quzeydəki Azərbaycan torpaqlarının bir hissəsi – İrəvan və Zəngəzur bölgələri 1918-1920-ci illərdə Ermənistana verilib.
1991-ci ildə Quzey Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Müstəqilliyin ilk illərində Ermənistan hərbi təcavüzlə ölkənin bütün cənub-qərbini ələ keçirib.
Güneydəki Azərbaycan torpaqlarına gəlincə, 20-ci əsrin əvvəllərində türkdilli Qacarlar sülaləsi devriləndən, hakimiyyət farsdilli Pəhləvilər sülaləsinə keçəndən sonra (Rza şahın səltənətə gəlməsindən başlayaraq) tarixi Güney Azərbaycan torpağı bir neçə yerə parçalanaraq müxtəlif əyalətlər şəklinə gətirilib: Şərqi Azərbaycan əyaləti (mərkəzi şəhəri Təbrizdir), Qərbi Azərbaycan (mərkəzi şəhəri Urmiyadır), Ərdəbil əyaləti, Zəncan əyaləti, Qəzvin əyaləti, Həmədan əyaləti (mərkəzləri eyniadlı şəhərlərdir).

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol