• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın yeni müharibə xəbərdarlığına Azərbaycandan şillə kimi cavab: Ordumuz...

Ermənistanın yeni müharibə xəbərdarlığına Azərbaycandan şillə kimi cavab: Ordumuz...
28.02.2019 09:31
"Ermənistanın müdafiə naziri David Tonoyanın 26 fevral günü verdiyi açıqlama sözsüz ki, Ermənistanda mövcud olan bərbad sosial vəziyyətdən xalqı yayındırmaq və Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlardan qaçmaq məqsədi daşıyır”.

Bunu Publika.az-a açıqlamasında poltoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, bu, müdafiə nazirinin başından böyük danışıqdır:

"Ermənistanda, ən azından, politoloqlar və siyasi şərhçilər səviyyəsində hər kəs bilir ki, Azərbaycanın hərbi potensialı ilə Ermənistanın hərbi potensialı müqayisə belə edilə bilməz. Azərbaycan ordusu öz torpaqlarını geri qaytarmağa və müdafiə etməyə qadirdir. Ola bilsin ki, Tonoyan Rusiyaya arxalanaraq, Rusiya-Ermənistan hərbi birləşməsini nəzərdə tutaraq və yaxud Ermənistanda dislokasiya edilmiş 102-ci hərbi bazanın istifadə ediləcəyini nəzərdə tutaraq psixoloji baxımdan Azərbaycana təzyiq və təsir edə biləcək bəyanat vermək istəyib. Lakin Tonoyan özü də yaxşı bilir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsindən çoxdur. Azərbaycan ordusu bu dəqiqə ən müasir silahlarla təzhiz edilib. Yeri gəlsə, sülh danışıqları sona qədər getməsə, Azərbaycan ordusu Ermənistana lazım olan cavabı verəcək. Bu nöqteyi-nəzərdən Tonoyanın açıqlamasını daxili bazara, elektoral bazaya hesablandığını deyə bilərik. Belə bir təəssürat yaratmağa çalışırlar ki, guya Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə hər şey qaydasında düşüb və problemlər, o cümlədən, hərbi sahədə olan çatışmazlıqlar həll edilib. Amma əslində heç də hər şey belə deyil. Ermənistanın ciddi problemləri var və bu problemlər qalmaqda davam edir. Hətta getdikcə daha dəhşətli vəziyyət almağa başlayır”.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan ordunun müdafiə mövqeyindən hücum mövqeyinə keçid etməyə hazırlaşdığını demişdi.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol