• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın azərbaycanlı deputatı kasıbları "parazitlər və alkaşlar" adlandırdı

Rusiyanın azərbaycanlı deputatı kasıbları "parazitlər və alkaşlar" adlandırdı
07.03.2019 11:00
Rusiyanın Volqoqrad vilayəti Dumasının hakim "Vahid Rusiya” partiyasından deputatı, azərbaycanlı Həsən Nəbiyev pensiyasının azlığından şikayətlənən yoxsul şəxsləri "parazitlər və alkaş” adlandırıb. 

Anews.az baku.ws-ə istinadən xəbər verir ki, deputatın bu çıxışı ciddi qalmaqala səbəb olub və Dumanın Etika Komissiyasının xüsusi iclasında müzakirə ediləcək.

"Vahid Rusiya” partiyasının regional bölməsinin katibi Sergey Qornyakov Nəbiyevin çıxışına görə partiyanın adından üzr istəyib. Partiyasının yerli şöbəsinin digər nümayəndələri də Nəbiyevin çıxışını pisləyiblər. 

Qeyd edək ki, H. Nəbiyev bu qalmaqallı çıxışını martın 6-da vilayət Dumasının işləməyən pensiyaçıların pensiyalarının hesablanması və ödənilməsi ilə bağlı yeni qaydaların müzakirəyə çıxarıldığı iclasda edib. O, çıxışında bildirib ki, pensiyası 10 min rubla çatmayan volqoqradlılar ona parazitləri və alkaşları xatırladır və belə şəxslərin pensiyalarına əlavələrin edilməsi məqsədəuyğun deyil.

Bu çıxışından sonra Rusiya mediası onun var-dövlətini və illik gəlirini hesablamağa başlayıb. Məlum olub ki, onun 2016-2017-ci illərdə rəsmi gəliri 70 milyon rubl olub. Nəbiyevin özünün və həyat yoldaşının adına onlarla daşınmaz əmlak var.

Onun parazit və alkaş adlandırdığı aztəminatlı pensiyaçılar isə hər ay 8 min rubl alırlar. 

Həsən Nəbiyev uzun müddət "Qazprom transqaz Volqoqrad” MMC şirkətinin rəhbəri olub. 1954-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan Nəbiyev 1976-cı ildən indiki "Volqoqradneftmaş” ASC-də işləyib. Mühəndis vəzifəsindən sex rəisi, daha sonra "Volqoqradneftmaş” ASC-nin filialı olan Kotelnikovsk armatur zavodunun direktoru vəzifəsinə qədər yüksəlib. 2004-2016-cı illərdə "Qazprom transqaz Volqoqrad” MMC-nin baş direktoru işləyib. 2003-cü ildən isə vilayət Dumasının deputatıdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol