• $
  • €
  • ₽
  • ₺
  • £

"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO

"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
18.05.2019 22:38
Kriminal avtoritet Emin Səfərovun qətlində şübhəli bilinən şəxs - Dövlət Miqrasiya Xidmətinin sabiq əməkdaşı Zaur Yusifovun görüntüləri yayılıb.

Buta.media Oxu.Az-a istinadən məlumat verir ki, Z. Yusifov cinayət aləmində "Emin 444” və "Emin Masallinski” kimi tanınan kriminal avtoritet Emin Səfərova 60 bıçaq zərbəsi vurmaqda ittiham olunur. 

Görüntülərə baxanda məlum olur ki, kikboks üzrə dünya çempionu özüdə cinayət zamanı yaralanıb.

Z. Yusifova qarşı ifadəni cinayət işi üzrə digər ittiham olunan şəxs, Naxçıvan sakini, 24 yaşlı Tağıyev Həsən Mərdan oğlu verib. H. Tağıyev qətldən dərhal sonra həbs olunub.

Qətl mayın 10-a keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində baş verib. E. Səfərov kütləvi dava zamanı öldürülüb. Onun yaxınlarının bildirdiyinə görə, qətldən 10 gün əvvəl avtoritetlə 6-cı mikrorayonda yaşayan sələmçi Zaur Yusifov arasında ciddi münaqişə olub. E. Səfərov xəbərdarlıq edib ki, Z. Yusifov səlahiyyətlərindən sui-istifadə edərək yerli sakinləri incitməsinə göz yummayacaq. 

İlkin məlumatlara görə, qətl baş verən gecə Emin idmançı dostları ilə maşında olub. Z. Yusifovun atası Əli Yusifov avtomobilə yaxınlaşaraq Eminlə söhbət etmək istədiyini bildirib. Heç nədən şübhələnməyən Emin dostlarını buraxıb. Tək qalanda isə altı nəfər ona hücum edib.

E. Səfərova 78 bıçaq zərbəsi vurulub. H. Tağıyevin iddia etdiyi kimi 60 bıçaq zərbəsini Z. Yusifov vurub. Digər 18 bıçaq zərbəsini kütləvi davanın iştirakçıları Z. Yusifovun göstərişi ilə vurublar. Qeyd olunub ki, qətldə altı nəfər təqsirkardır. 

Z. Yusifov mayın 14-də H. Tağıyevin ifadəsi əsasında saxlanılıb. 

Saxlanılan Z. Yusifovun atası Əli Yusifov iddia edir ki, nə o, nə də oğlu davada iştirak etməyib və Emin öldürməyiblər. Lakin zərərçəkən tərəf iddia edir ki, Z. Yusifovdan başqa qətldə Əli Yusifovun digər oğlu da iştirak edib. Z. Yusifovun E. Səfərova hücum etməsini sübut edən şəkillər əldə olunub. Məhz bu zaman saxlanılan şəxs ayağından kəsilmiş-deşilmiş yarası alıb.

Hazırda işlə əlaqədar iki nəfər saxlanılıb.

Zərərçəkən tərəf tələb edir ki, Z. Yusifovun atası Əli Yusifov ittiham olunan şəxs qismində cəlb olunsun, çünki məhz o, Emin Səfərovu aldadıb və nəticədə Emin qətlə yetirilib. 

Xatırladaq ki, "Emin Masallinski” kriminal dairələrdə avtoritetə malik olub. Belə ki, onun "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qruplaşmasının üzvü olduğu deyilir. Bundan başqa, Quli və Emin yaxın dost olub və səkkiz saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol