• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi

Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi
23.01.2021 09:18
Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş baş leytenant Ağayev Elçin Zakir oğlunun üçüncü – qız övladı doğulub.


"Report” xəbər verir ki, körpəyə Şuşa adı qoyulub.


Qeyd edək ki, şəhidimizin ailə üzvləri daha əvvəl qəhrəman zabitimizin dünyaya gələcək üçüncü övladına Şuşa adının veriləcəyini bildirmişdilər. Ağayevlər ailəsi körpənin daşıyacağı bu adı Elçinin bir zamanlar həsrətini çəkdiyi Şuşa şəhəri ilə əlaqədar olduğunu qeyd etmişdilər.


1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan Elçin Ağayev 2010-cı ildə orta məktəbi bitirərək, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini başa vuraraq, peşəkar hərbçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.


2020-ci il sentyabrın 27-də - Vətən müharibəsi başlayanda torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Qəhrəman zabitimiz ötən il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. O, oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.


Elçin Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.





















www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol