• $
  • €
  • ₽
  • ₺
  • £

“Siyasi vəzifə tutan nazirlər də and içsinlər” - Zahid Oruc

“Siyasi vəzifə tutan nazirlər də and içsinlər” - Zahid Oruc
12.02.2021 11:25
Prezidentin yüksək vəzifə tutan bir neçə hökümət üzvünü tənqid etməsi cəmiyyətdə böyük əks-səda doğurdu. Halbuki ötən illər ərzində üç nazirin və yeddi icra hakimiyyəti rəhbərinin cəzalandırılması, 2015-ci ildə MTN-in ləğvi, iqtisadiyyat, sosial və nəqliyyat sahələrində, o cümlədən 2019-cu ildə hər üç hakimiyyət qolunda əsaslı dəyişikliklərin aparılması dövlət başçısının  kadrlara münasibətdə həmişə sərt tələblərlə yanaşdığını sübut edir. 

Anews.az xəbər verir ki, bunu parlametin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Zahid Oruc bildirib.

Zahid Orucun sözlərinə görə, indi Şuşa və bütün Qarabağ hər bir hakmiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirmək üçün bir barometrə çevrilib:

"Lakin bir qism siyasət, media və şəbəkə adamlarının dövlət başçısının məqsədlərini təhrif edərək "bütün məmurlara nifrət” yağdırması, ölkəmizi  məğlub Ermənistanın hakimiyyəti ilə az qala bir sırada göstərməsi yolverilməzdir. Əlbəttə, kimsə külli miqdarda dövlət vəsaitini mənimsəyibsə, o, əməllərinə cavab verəcək.Lakin yüksək çinli şəxsləri tənqid edərkən on illər ərzində əldə olunan bütün ugurları inkar etmək, xüsusilə də Vətən müharibəsində qələbəmizə zərbə vurmaq qəbuledilməzdir.Üç-beş nazir dövlət demək deyil.Dünyada belə analogiya yoxdur.Bir nazir ucbatından on minlərlə dövlət qulluqçusunu ogru, quldur, talançı adlandıranlar Qarabağ məsələsi həll olunduğu üçün son silaha əl atıblar:məmur məsələsi! 

Prezident tarixi Qələbədən sonra Yeni Hakimiyyət quruculuğunu davam etdirir.Bu qətiyyən parçalanma, qütbləşmə, iqtisadi maraqlar mübarizəsi deyil. Prezidentin xarakteri və idarəçilik siyasətini izləyənlər bilir ki, o, millətin iradəsini, ictimai fikri öz siyasətində nəzərə alır, lakin dövlət vəzifələrinə təyinatları, yaxud çıxarılmaları küçə və meydanların, virtual aləmin təzyiqi altında həyata keçirmir. 

Müqayisə üçün, Mixail Saakaşvili bir neçə il ərzində hökuməti 4 dəfə dəyişmişdi və  hamı onu sovet mirasını ləğv edib xalq hakimiyyətini quran lider adlandırırdı. Indi informasiya məkanımızda tüğyan edən "köhnələr və yenilər, xaricdə təhsil alanlar və yerli diplom daşıyıcıları, rusofillər, yaxud qərbpərəstlər, 5-ci, yoxsa 6-cı kolon təmsilçiləri”  bölgülərini dövriyyəyə çıxaranların iki məqsədi var:

Birincisi, 30 il əvvəl  partiya-sovet rəhbərlərini və dövlət aparatını iflic etdikləri kimi müharibəni qazanan bir hakimiyyətin resurslarını xarici hədəflərdən çəkindirib  daxildə artan gərginliyə və süni qarşıdurmalara yönəltmək.

İkincisi, Prezidentin Yeni Hakimiyyət quruculuğunun qarşısını almaq!"

Deputat dövlət başçısının tənqidinin hamı üçün bir siqnal olduğunu xatırladıb:

"Ona görə də təklif edirəm ki, Amerikanın dövlətiçilik ənənəsində əsrlərdir davam edən, bizdə də siyasi vəzifə tutan nazirlər də hakimlər və dövlət qulluqçuları kimi and içsinlər.Eyni zamanda, Dövlət Qulluğuna dair Yeni Məcəllə qəbul edilsin.

Əslində "Dəmir Yumruq” yalnız 44 gün üçün deyil.O, "Qalib əl” həmişə qüvvədə olacaq: Qarabağa "Böyük qayıdış”da da, təmiz-şəffaf idarəçilyin  və ictimai ədalətin bərqərar olunmasında da!"

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol