• $
  • €
  • ₽
  • ₺
  • £

Hulusi Akar azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi - FOTO

Hulusi Akar azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi - FOTO
18.02.2021 14:34
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar torpaqlarını xilas edəcəyinə söz verən azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.

"TRT Avaz” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani Akarın məktubunu Məmiyevin Yardımlı rayonunun Kürəkçi kəndində yaşayan ailəsinə çatdırıb.

"Ermənistanın işğalı altında olan ərazilərini azad edən şanlı Azərbaycan Ordusunun 44 günlük qəhrəmanlıq mübarizəsində ağır yaralanan baş leytenant Valeh Memiyevin şəhid olması bizi çox kədərləndirdi. Baş leytenant Valeh Vətən torpağını işğaldan qurtaracağı barədə verdiyi sözü tutub, Qubadlının yaşayış yerlərinin azad edilməsindən sonra şəhidlik zirvəsinə ucalıb.

Şəhidlərimizin və qazilərimizin cəsarəti, qəhrəmanlığı və fədakarlığı heç vaxt unudulmayacaq”, - deyə məktubda qeyd edilir.

Dövlətinin bütün imkanları ilə sona qədər Azərbaycanın yanında olacağını vurğulayan Akar Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.

Baş leytenant Valeh Məmiyev 13 avqust 2020-ci il tarixində Azərbaycanda təşkil edilmiş Türkiyə-Azərbaycan Ortaq Təlimində fərqlənən əsgərlərdən biri olub.

Təlimdən sonra Akar Məmiyevə mükafat təqdim edib, xatirə şəkli çəkdirib və bir müddət onunla söhbətləşib.

Akar Məmiyevə "Təlimdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox xoşdur. Ancaq əsas vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı xilas etmək olmalıdır. Buradakı müvəffəqiyyətinizi döyüş meydanında da təkrarlamalısınız” deyib.

Məmiyev isə bildirib ki, "Biz Ali Baş Komandandan əmr gözləyirik. Əmr gəldiyi an torpaqlarımızı qurtaracağıq və sizin istəyiniz yerinə yetiriləcək”.

Baş leytenant Məmiyev 27 sentyabr-10 noyabrda davam edən 44 günlük müharibə zamanı Qubadlı rayonunda bir çox yaşayış məntəqəsinin Ermənistanın işğalından azad edilməsində iştirak etdikdən sonra yaralanıb.

O, müalicə edildikdə "İndi məqsədimə çatdım. Qardaş Türkiyənin Müdafiə Naziri Akara verdiyim sözə əməl etdim. Vətən sağ olsun!” deyib və bir müddət sonra şəhidlik zirvəsinə ucalıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol