• $
  • €
  • ₽
  • ₺
  • £

“Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız Azərbaycan ordusu keçirə bilər!

“Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız Azərbaycan ordusu keçirə bilər!
19.04.2021 19:10
Növbəti dəfə Qarabağda xidmət aparan Rusiya sülhməramlıları öz ali missiyasına zidd addımla gündəmə gəlib.
Anews.az "Oxu.az"a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda sülhü qorumaq kimi əsas vəzifə daşıyan sülhməramlılar 9 May Qələbə Günü münasibətilə parad keçirmək niyyətindədir və bununla bağlı məşqlərə artıq start verilib.
Rusiya sülhməramlılarının öz məramlarına yaraşmayan fəaliyyətləri 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra dəfələrlə gündəmə gəlib. Lakin bu dəfə məramı şübhə doğuran hərbi kontingent ən sadə şəkildə desək, öz "səhvlərinin” ən ağra imza atıb.
Rusiya sülhməramlılarının Qarabağda - əbədi və əzəli Azərbaycan torpağında parad keçirməsi "supergüc” maraqları güdən Kreml üçün adi görünə bilər və ya öz torpağının belə müdafiəsini Rusiyaya həvalə etmiş İrəvan üçün tamamilə məqbul sayılar bəlkə də… Lakin suveren və qüdrətli Azərbaycan dövlətinin ərazisində başqa bir dövlətin ordusunun məramı nə olur olsun hərbi parad keçirməsi, buna hazırlaşması, hətta planlaşdırması belə Bakı üçün qəbuledilməzdir.
Rusiya sülhməramlıları növbəti dəfə unudur ki, onlar hansısa mübahisəli bölgədə deyil, Qarabağda bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı və qəbul etdiyi ərazilərdə xidmət aparır. Bura isə dünyanın bir çox nöqtələrində olduğu kimi supergüclərin vassallığını fəxrlə qəbul edən hansısa dırnaqarası dövlətin torpağı deyil, ordusunun qüdrəti və şücaəti ilə öz torpaqlarını işğaldan azad etmiş Azərbaycan Respublikasının ərazisidir. Bu ərazidə hərbi parad keçirəcək qüdrətə və hüquqa sahib olan yeganə ordu – Azərbaycan Respublikası Silahlı Qüvvələridir və bu ordu da öz tarixi qələbəsini Azadlıq meydanındakı möhtəşəm Zəfər Paradı ilə taclandırıb!

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol