• $
  • €
  • ₽
  • ₺
  • £

“Deyirlər, Araik Putinlə gizli görüşüb, tezliklə Rusiya pasportları veriləcək və s….”

“Deyirlər, Araik Putinlə gizli görüşüb, tezliklə Rusiya pasportları veriləcək və s….”
09.05.2021 11:33
"Hamı yalnız siyasətdən danışır. Paşinyanın anasını söyürlər…”
"Adamlar "dövlət”dən 68 min dram (təxm. 217 manat- S.L.) alır və çoxları bundan məmnundur. 100-150 min dramlıq (təxm. 318-477 manat) maaş yaxşı hesab olunur. Ordudakı kimi 300 min dramlıq (təxm. 953 manat) əməkhaqqı yalnız xəyal olunacaq bir şey sayılır. Sadəcə, "dövlət” sektorundan kənar bir iş yoxdur. Pulsuz mənzil və digər vədlərə, əsasən tikinti prosesi zamanı adi oğurluq, qohumluq və korrupsiya hekayələri səbəbindən xüsusi bir inam yoxdur…”
Moderator.az xəbər verir ki, bu sətirlər Ermənistanın Vatikandakı keçmiş səfiri, terrorçu eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın özünün teleqram-kanalında təqdim etdiyi yaxın bir dostunun Qarabağ səfərindən sonra ona yazdığı məktubdandır.
"Hamı yalnız siyasətdən danışır. Mövzunu dəyişdirməyə çalışsan da, hər şey yenə siyasətə qayıdır. Nikolun (Paşinyanın-S.L.) anasını söyürlər. Bizi (Ermənistandakı erməniləri –S.L.) onu hakimiyyətə gətirdiyimizə və qova bilmədiyimizə görə günahlandırırlar. Araik haqqında susurlar. Ola bilsin, mənimlə – Ermənistandan olan bir yad adamla, ya da başqa bir səbəbdən onu müzakirə etmək istəmirlər. Sülhməramlılara ümid bəsləyirlər. Tezliklə Rusiya pasportlarının verilməyə başlayacağı, Qarabağda bir rus bazası qurulacağı, Putinin Araiklə gizli görüşməsi və bunlara bənzər çox sayda tamamilə inanılmaz konspiroloji şayiələr gəzir. Hər zamanki kimi hər kəs hansısa bir "əmi”nin tezliklə bütün problemləri (yaxşı olar ki, özlərinin birbaşa iştirakı olmadan) mütləq həll edəcəyinə ümid edirlər…
Bir sözlə, qısa desək, Artsaxın tamamilə itirildiyini hiss edirəm…” –deyə Yuxarı Qarabağdan yenicə qayıtmış erməni M.Minasyana məktubunun davamında yazır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol