• $
  • €
  • ₽
  • ₺
  • £

“Yerevan administrasiyasına bu həqiqətləri qəbul etmələrini tövsiyə edirik” - XİN

“Yerevan administrasiyasına bu həqiqətləri qəbul etmələrini tövsiyə edirik” - XİN
14.05.2021 14:45
"Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə edirik”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Anadolu” agentliyinə açıqlamasında deyib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində sərhəd mühafizə sisteminin gücləndirilməsi istiqamətində addımlar atır:

"Bu fəaliyyətlər xəritələrdən istifadə edilərək həyata keçirilir. SSRİ-nin dağılmasından sonra iki ölkənin müharibə səbəbindən sərhəd xətti olmayıb. İndi tərəflər arasında anlaşılmazlıqlarla müşayiət olunan qarışıq bir texniki proses var. Ermənistan tərəfinin təxribatçı açıqlamaları ölkədəki seçkiöncəsi vəziyyətlə bağlıdır”.

L.Abdullayeva bildirib ki, erməni siyasi və hərbi dairələri təşvişə düşməməlidirlər:

"Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi gerçəklərini qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız şəkildə gərginləşdirməmələrini tövsiyə edirik.

Belə hadisələr hər iki tərəfin hərbi dairələri arasında qarşılıqlı təmaslar yolu ilə həllini tapa bilər və tapmalıdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol