• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Erməni işğalçıları azərbaycanlıların geri qayıtmağa yeri qalmasın deyə hər şeyi məhv ediblər”

İlham Əliyev: “Erməni işğalçıları azərbaycanlıların geri qayıtmağa yeri qalmasın deyə hər şeyi məhv ediblər”
20.05.2021 20:09
"Son yarım il ərzində dəfələrlə azad edilmiş ərazilərdə olmuşam və maşınla yüzlərlə kilometr, 400-450 km gedərkən yalnız dağıdılmış kənd və şəhərləri görürsən”.

Anews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

"Oradakı kənd və şəhərlərin 95 faizi tamamilə məhv edilib. Özü də onların heç də hamısı Birinci Qarabağ müharibəsində məhv edilməyib - bu qədərini məhv etmək, sadəcə, mümkün deyil, bu, daha sonra edilib”, - deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, ermənilər bu ərazilərdəki evləri və məktəbləri söküblər, tikinti materiallarını oğurlayıblar, Azərbaycan mədəniyyətini və irsini bu ərazilərdən silməyə çalışıblar: 
"Erməni işğalçılarının başqa bir məqsədi də azərbaycanlıların geri qayıtmaq üçün yeri olmasın deyə hər şeyi məhv etmək idi və indi həqiqətən geri qayıtmaq üçün yer yoxdur”.

Dövlət başçısı xatırladıb ki, oktyabrda Füzuli azad edilərkən Azərbaycan bayrağını qaldırmağa yer olmayıb, çünki şəhərdə bir dənə də olsun salamat bina qalmayıb.

Eyni zamanda Azərbaycan Prezidenti azad edilmiş ərazilərdə infrastrukturun bərpası, o cümlədən onların elektrikləşdirilməsi, yol tikintisi üzrə aktiv prosesin artıq başladığını qeyd edib. (Report.az)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol