• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının İcra başçısı Eldar Əzizovun oğlu ilə bağlı yeni xəbər – FOTO

Bakının İcra başçısı Eldar Əzizovun oğlu ilə bağlı yeni xəbər – FOTO
01.06.2021 17:26
Dövlət Reklam Agentliyinin fəaliyyət istiqamətləri üzrə ictimai iştirakçılığın genişləndirilməsi məqsədilə yaradılması nəzərdə tutulan İctimai Şuraya keçirilən seçkilər baş tutmayıb.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə 7 nəfərdən ibarət olacaq İctimai Şuraya seçilmək üçün heç bir namizəd yetərli səs toplamayıb və bu səbəbdən təkrar seçki keçirilməsinə qərar verilib. 

Məlumat üçün bildirək ki, İctimai Şuraya namizədlərdən biri də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğlu Şamil Əzizov olub.
Qeyd edək ki, hazırda QHT sektorunda ictimai fəaliyyətlə məşğul olan Şamil Əzizovun adı geniş biznes fəalliyyətində də keçir. 

Bildirilir ki, Eldar Əzizovun oğlu bu yaxınlarda vəfat edən sabiq Gənclər və İdman naziri Azad Rəhimovun nəzarətində olan şirkətlərlə ortaq olub. Belə ki, Şamil Əzizovun qanuni təmsilçi olduğu "Zebra-İD” MMC Azad Rəhimova bağlılığı ilə bilən "İtalDizayn” QSC ilə ortaq olub. 

Onu da bildirək ki, hazırda Şamil Əzizovun qanuni təmsilçi (direktor) olduğu 4 şirkət -  "Günəş-2” MMC, "Zebra-İD” MMC, "Green Tour” MMC və "Greenfin Food And Baverage” MMC fəaliyyətdədir.

1984-cü ildə anadan olduğu bildirilən Şamil Əzizov özünün sosial şəbəkə hesabında Kiyevdə ali təhsil aldığını yazır.
Eyni zamanda Şamil Əzizovun 2016-cı ildə Dövlət İqtisad Universitetində  "İdxal-ixrac əmələliyyatlarına valyuta nəzarətinin təkmilləşdirilməsi problemləri” mövzusunda fəlsəfə doktoru adı almaq üçün namizədlik dissertasiyasını müdafiə etdiyi, elmi rəhbərinin isə Şəmsəddin Hacıyev olduğu bildirilir. Qeyd edək ki, sabiq millət vəkili Şəmsəddin Hacıyev 2004-2014-cü illərdə  Dövlət İqtisad Universitetinin rektoru, sonrakı illərdə isə Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri olub. Şamil Əzizovun 2019-cu ildə ödənişsiz olaraq "Dünya iqtisadiyyatı” ixtisası üzrə UNEC-in doktoranturasına qəbul olunduğu da açıqlanan məlumatlar arasında yer alıb. 

Şamil Əzizovun həyat yoldaşı Banuçiçək Əzizovanın isə vaxtı ilə qayınatası Eldar Əzizovun İcra başçısı olduğu Səbail rayonunda yerləşən 157 nömrəli uşaq bağçasında müdir olduğu qeyd olunur.

Onu da bildirək ki, Eldar Əzizovun kürəkəni olduğu bildirilən Anar Tağıyev isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Anar Tağıyev daha əvvəl Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol