• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya rəsmisi: "Azərbaycan özgə geosiyasi layihənin girovuna çevrilməyəcək"

Rusiya rəsmisi: "Azərbaycan özgə geosiyasi layihənin girovuna çevrilməyəcək"
29.05.2014 09:11
RF xarici işlər nazirinin müavini: “Rusiya Bakının xarici siyasət kursuna böyük hörmətlə yanaşır"“Rusiya Bakının xarici siyasət kursuna böyük hörmətlə yanaşır. Hansı ki, bu kursun əsası Heydər Əliyev tərəfindən qoyulub. Müasir Azərbaycanın xarici siyasətini səciyyələndirən amillər - müstəqillik, tarazlıq və milli maraqların dəqiq formalaşdırılması və ardıcıl qorunmasıdır. Bütün bunlar ona zəmanət verir ki, Azərbaycan özgə geosiyasi layihənin girovuna çevrilməyəcək.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.  "Təəsüflər olsun ki, bu hal Ukraynada baş verdi. Bizim qərbli tərəfdaşlarımız ayrıcı sərhədləri olmayan Avropanı qurmaq kimi tarixi şansdan istifadə etmək istəmədilər, hansı ki, Rusiya bu rolda çıxış edir. Qərb postsovet ölkələrini çətin seçim qarşısında qoyur:  "Ya bizimlə, ya da bizə qarşı..." Kiyev bu təzyiqlərə qarşı tab gətirə bilmək üçün özündə güc tapa bilmədi. Ukrayndakı daxili vəziyyət geniş həcmdə dövlət böhranın yaranmasına təhrik etdi. Şübhə etmirik ki, Azərbaycanın beynəlxaq aləmdə olan avtoriteti bundan sonra da möhkəmlənəcək. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi də bunun təsdiqidir. Rusiya Azərbaycana bu layihədə uğurlar arzulayır”, - deyə Rusiya XİN başçısının müavini bildirib.Q. Karasin qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərindəki müsbət inkişaf qarşılıqlı hörmət və dostluq prinsipi əsasında qurulan möhkəm strateji əməkdaşlığın gücünü göstərir: "Azərbaycan və Rusiya gələcəkdə də həm ikitərəfli əsaslarla, həm də beynəlxalq və regional forumlar çərçivəsində sıx əməkdaşlıq edəcəklər. Bizim ümumi məqsədimiz hər iki xalqın rifahını, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsziliyi və sabitliyi təmin etməkdir". ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol