• $
  • €
  • ₽
  • ₺
  • £

Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri seçildi

Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri seçildi
01.07.2021 18:44
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədənkənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun təşviqi üzrə ardıcıl tədbirlər görülür.

"Report"un xəbərinə görə, "Mediasiya haqqında" Qanuna uyğun olaraq Mediasiya Şurası yaradılıb, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində mediasiya prosesinin tətbiqinə dair maarifləndirmə və təşviqat işləri aparılır.

Eyni zamanda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Şuraya üzv qəbul edilib. Avropa İttifaqı ilə birgə layihə həyata keçirilərək mediasiya üzrə təlimçilər hazırlanıb, beynəlxalq ekspertlər cəlb olunmaqla Akademiyada mübahisələrin alternativ həlli üzrə təlimçilərinin təlimi təşkil edilib.
Layihə çərçivəsində mediasiya təlimlərinə cəlb edilmiş 300-dək namizəd təlimləri uğurla başa vurub və onlara müvafiq sertifikatlar təqdim olunub. Hazırda müraciət etmiş digər şəxslərə mediasiya təlimlərinin keçirilməsi nəzərdə tutulur.
İyunun 30-da Mediasiya Şurasının Ümumi Yığıncağının iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb, qurumun rəhbər orqanına seçkilər keçirilərək İdarə Heyətinin tərkibi formalaşdırılıb.

Hüquq üzrə fəlsəfə doktoru, dosent, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədrinin müşaviri Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri, Vəkillər Kollegiyasının və "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"nin üzvü Yusif Allahverdiyev və Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyev İdarə Heyətinin üzvləri seçiliblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol