• $
  • €
  • ₽
  • ₺
  • £

"Rusiya razılaşmanın şərtlərinin icrası istiqamətində addım atmalıdır" - Siyasi şərhçi

"Rusiya razılaşmanın şərtlərinin icrası istiqamətində addım atmalıdır" - Siyasi şərhçi
13.08.2021 10:16
"Azərbaycan üç ölkə arasında imzalanan 10 Noyabr sazişindən çıxmamalıdır. Əksinə, tərəfləri, xüsusən də burada daha çox məsuliyyət daşıyan Rusiyanı yola gətirməliyik ki, Moskva Ermənistana bəyannamənin şərtlərini yerinə yetirmək istiqamətində təsir və təzyiq etsin”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli imzalanmasından 9 ay ötməsinə baxmayaraq, 10 Noyabr razılaşmasının bir çox müddəalarının hələ də yerinə yetirilmədiyini əsas gətirməklə, Azərbaycanın razılaşmadan imtina etməsinin reallıq dərəcəsindən danışarkən deyib. 

Ekspert bildirib ki, indiki halda situasiya xeyli mürəkkəbdir: 

"10 Noyabr razılaşması vəziyyətə aydınlıq gətirilməsi və bir sıra prosedurları önləmək baxımından çox əhəmiyyətli idi. Burada əsas məqam sazişin 4-cü bəndinin, yəni Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrinin ərazimizi tərk etməsi bəndinin, yerinə yetirilməməsiylə bağlıdır. Əksinə, rus sülhməramlılarının silahlı erməniləri gətirib Qarabağda yerləşdirmələrinin şahidi oluruq. Bununla bağlı Azərbaycan tərəfi xəbərdarlıq da edib. Rusiya sinəsini irəli verərək qoşunlarını Azərbaycana yeritdiyi kimi, zəhmət çəksin, indi də razılaşmanın şərtlərinin icrası istiqamətində addım atsın”.
 
Ekspert qeyd edib ki, Rusiya bunu etməsə, əlavə yardımçı sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi üçün BMT-yə müraciət etməliyik: 

"Məsələyə emossiyasız, ayıq yanaşmalıyıq. Rusiyanın niyyətini bildiyimizdən addımlarımızı ciddi şəkildə ölçüb-biçməliyik. Amma lazım olan qətiyətli addımları da atmalıyıq”.


İrəvanın razılaşmanın 4-cü bəndinin Qarabağa deyil, Qarabağ ətrafına şamil olduğu barədə iddialarına gəldikdə, Qulu Məhərrəmli düşmən ölkənin bu istiqamətdə söz oyunu oynadığı və buna ehtiyac olmadığını bildirib:  


"Müharibədə vuruşan tərəflərdən biri Xankəndidə yerləşən və Ermənistanın himayə etdiyi qanunsuz erməni hərbi birləşmələridir. Bu mənada həmin silahlı birləşmələrin Qarabağı tərk etməsi istiqamətində İrəvanın söz oyununa heç bir ehtiyac yoxdur. Müharibədə iştirak edən silahlı qüvvələrin hamısı bir nəfər kimi Azərbaycan ərazisini tərk etməlidir. Bunu da təmin etmək sülhməramlı adı ilə gələnlərin əsas işidir”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol