• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Ermənistan ərazisindəki qədim Azərbaycan yaşayış məntəqələri öz əsl adları ilə çağırılmalıdır”

Prezident: “Ermənistan ərazisindəki qədim Azərbaycan yaşayış məntəqələri öz əsl adları ilə çağırılmalıdır”
17.08.2021 10:58
"Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün Laçın dəhlizindən əlavə ikinci yol çəkdilər. Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq, özləri üçün gediş-gəlişi daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda Vardenis rayonu deyilir.
 
Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır”.

Bu sözləri Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı deyib.

"Ermənistan ərazisində Basarkeçər rayonu 1930-cu ildə yaradılmışdır. Burada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, onlar deportasiyaya məruz qalmışdır.

Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək, ona Vardenis adı qoymuşdur. Bizim ümumi leksikonumuzda Vardenis yox, Basarkeçər adı bərpa edilməlidir. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri də öz əsl adları ilə çağırılmalıdır.
 
Məsələn, indi Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən mətbuatda izləyirəm, bizim mətbuatda yazılır ki, Ermənistanın Yerasx kəndində, onun ətrafında hansısa hadisələr baş verib. Bu kəndin adı Arazdəyəndir, azərbaycanlılar deportasiyaya qədər orada yaşayıblar. Ona görə bütün qədimi, yəni tarixi adlar bərpa edilməlidir”, - deyə dövlət başçısı qeyd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol