• $
  • €
  • ₽
  • ₺
  • £

“15 qəpiklə heç kim kasıblamaz” – Deputatdan benzinin bahalaşmasına REAKSİYA

“15 qəpiklə heç kim kasıblamaz” – Deputatdan benzinin bahalaşmasına REAKSİYA
15.09.2021 16:19
"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz ,amma dövlətin digər xərclərini ödəmək mümkündür”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat bildirib ki, benzinin bahalaşması ilə bağlı vətəndaşların narazılığı başadüşüləndir: "Nəzərə almaq lazımdır ki, bahalaşma ilə yanaşı ölkədə müsbət istiqamətdə də dəyişiliklər olur. Misal üçün, təqaüdçülərin sosial təminatının yaxşılaşdırılması üçün onların müavinətlərinin artırılması ilə bağlı qərar qəbul edilib. Bu, sevindirici haldır. Lakin benzin qiymətinin qalxması, doğrudan da, təkcə sürücülərə təsir etmir. Yükdaşımaları zamanı məhsulun qiymətinə də təsir edir. Yəni benzinin qiymətinin qalxması, belə demək mümkünsə, elə bütün vətəndaşları narahat edən məsələdir. A-95 markalı benzindən daha çox bahalı və xarici avtomobillərdə istifadə edilir. Biz də xidməti avtomobilimizdə Aİ-95 markalı benzindən istifadə edirik, xərclər parlament tərəfindən qarşılanır. Təbii ki, bu şərt deyil, çünki bütün vətəndaşların buna imkanı çatmır. Amma istənilən halda, ölkənin vəziyyətini nəzərə almaq lazımdır. Xərclər çoxdur, istər Vətən müharibəsi, istərsə də koronavirus pandemiyası xərclərimizi xeyli artırdı. Həmçinin, Qarabağın yenidən qurulması və bərpası istiqamətində də ciddi işlər gedir ki, bu da, xərc tələb edir”. (Hurriyyet.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol