• $
  • €
  • ₽
  • ₺
  • £

Rövnəq Abdullayev Cüdo Federasiyasından gedir? - Nazirlikdə təcili toplantı

Rövnəq Abdullayev Cüdo Federasiyasından gedir? - Nazirlikdə təcili toplantı
01.11.2021 14:18
Bu gün Azərbaycan Cüdo Federasiyasında növbədənkənar hesabat-seçki konfransı keçiriləcək.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, konfrans saat 16:00-da Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.  

Məlumata görə, növbədənkənar seçki federasiyanın rəhbərliyinin dəyişilməsi ilə bağlıdır. Bunun üçün artıq bir neçə namizəd irəli sürülüb. Seçki konfransında yeni prezidentin adının müəyyənləşəcəyi gözlənilir.

Federasiyanın baş katibi Elmar Babanlı "Qafqazinfo”ya açıqlamasında konfransın olacağını təsdiqləsə də, gündəlikdə hansı məsələnin olacağını açıqlamayıb.

Azərbaycan Cüdo Federasiyasının hazırki prezidenti Rövnəq Abdullayevdir. O, 2015-ci ildən federasiyaya rəhbərlik edir. R.Abdullayev eyni zamanda AFFA-nın da prezidentidir.

 Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin edərkən federasiyalardakı görülən işlərdən narazılığını dilə gətirmiş, dövlət başçısı yeni nazirə bu sahədə araşdırmaların aparılması ilə bağlı tapşırıq vermişdi. Onu da əlavə edək ki, cüdo yığmamız Tokio-2020 Olimpiya Oyunlarında uğursuz çıxışı ilə yadda qalmışdı. Növbədənkənar seçkinin bu səbəbdən keçirildiyi istisna deyil. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol