• $
  • €
  • ₽
  • ₺
  • £

İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb

İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb
01.11.2021 15:41
"İmişlidə baş vermiş hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb”.


Anews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.


O vurğulayıb ki, hadisə ilə bağlı ilkin məlumatlar prokurorluğa məlum olandan dərhal sonra araşdırmalara başlanılıb və cinayət işi açılıb: "Qısa müddət ərzində şübhəli şəxs müəyyən edilərək saxlanılıb. İntensiv hərəkətlər davam etdirilir. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ona qarşı konkret ittiham irəli sürülməsi məsələsi mövcud olan sübutlar əsasında həll ediləcək. Bu, çox ciddi məsələdir və biz bunu daim nəzarətdə saxlayacağıq. Mən fürsətdən istifadə edib bütün kütləvi informasiya vasitələrindən xahiş edirəm ki, bu kimi həssas məsələlərdə müəyyən qaydalara riayət edilsin”.


İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.


11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol