• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatların aldığı yekun maaş nə qədərdi - SİYAHI

Deputatların aldığı yekun maaş nə qədərdi - SİYAHI
13.11.2021 16:34
Gələn il Milli Məclisin deputatlarının əməkhaqqı üçün ayrılan vəsait məlum olub.


Yeniavaz.com xəbər verir ki, bu, "Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.


Qanun layihəsinə əsasən, bu istiqamətə 5 milyon 382 min 624 manat ayrılıb və bu il üçün nəzərdə tutulan göstərici ilə eyni məbləğdə olub. 


 Azərbaycanda millət vəkillərinin maaşı "Azərbaycan Respublikası  Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir .


"Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.


Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.


Eyni zamanda 2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minən "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə əsasən 21-ci maddəyə "Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar” bəndi əlavə olunub  .


Qanunun 21-ci maddəsində  qeyd olunanlar əsasən apardığımız hesablama göstərir ki, Milli Məclisin sədri ay ərzində 2475 manat vəzifə maaş, 2475 manat vəzifə maaşına əlavə və 1237,5 manat səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün aylıq pul təminatı alır. Nəticədə Milli Məclisin sədrinin ay ərzində aldığı vəzifə maaş, vəzifə maaşına əlavə və aylıq pul təminatının cəmi 6187,5 manat olur.


Bundan başqa apardığmız analoji hesablamaya əsasən Milli Məclisin sədrinin 1-ci müavini ay ərzində 5 min 568 manat 75 qəpik, Milli Məclisin sədrinin müavini 5 min 258 manat 37 qəpik, Milli Məclisin komitə və komissiya sədri 4 min 950 manat,  Milli Məclisin komissiya sədrinin müavini 4 min 640 manat 62 qəpik, sıravi deputat isə 4 min 331 manat 25 qəpik məbləğində maaş, əlavə və pul təminatı alır.


Yuxarıdakı rəqəmlərdən göründüyü kimi Azərbaycanda millət vəkillərinin aldıqları aylıq maaş, əlavə və digər pul təminatı 4 min 331 manata bərabərdir.  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol