• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisidə parlament binası qarşısında Saakaşviliyə dəstək aksiyası keçirilib

Tbilisidə parlament binası qarşısında Saakaşviliyə dəstək aksiyası keçirilib
15.11.2021 21:00
Gürcüstanın paytaxtı Tbilisidə, ölkə parlamentinin binası qarşısında "Ayıbdır” qeyri-hökumət təşkilatının nümayəndələri ölkənin keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq etiraz aksiyası keçiriblər.
 
Anews.az xəbər verir ki, nümayişçilər Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Aksiyaçılar bununla müxalif partiya ilə həmrəy olduqlarını nümayiş etdiriblər.
 
Bundan əvvəl Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına qoşulub.
 
Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.
 
Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərarda M.Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.
 
Noyabrın 11-də Gürcüstanın eks-prezidentinin vəkili bildirib ki, Mixeil Saakaşvili aclıq aksiyasını dayandırmaq qərarına gəlib.


"RİA Novosti”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol