• $
  • €
  • ₽
  • ₺
  • £

"Hökmranlıq status”u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir -Deputat

"Hökmranlıq status”u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir -Deputat
23.11.2021 11:54
Biz Qələbəmizin beynəlxalq legitimliyinə şübhə etmədiymiz üçün onu kimin tanıyıb-tanımamasına deyil, bir milyon insanın tarixi irsinin necə silindiyini hər kəsin öz gözləri ilə görməsinə çalışırıq.
 
Anews.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib.
 
"Dünən Fransa səfiri Zakariya Qross Azad Ağdam torpağına səfər edib.Gözlənilməz olsa da ehtirama layiq hadisədir. İyul ayında 100-dən artıq ölkənin diplomatik-siyasi təmsilçiləri Şuşanı ziyarətə gedəndə BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən, Fransa nümayəndəsinin kənarda qalması haqlı etiraz doğurdu, lakin dünənki addımı hamı alqışlayır. Yalnız Fransanın deyil, Amerikanın, Britaniyanın, Çinin də yüksək dövlət rəsmilərinin Ağdama, Zəngilandan Şuşayadək böyük torpaqlara ziyarətə gedəcəyinə, ədalətli Zəfər qazanan xalqımıza ehtiram göstərəcəyinə gec də olsa inanırıq.Biz Qələbəmizin beynəlxalq legitimliyinə şübhə etmədiymiz üçün onu kimin tanıyıb-tanımamasına deyil, bir milyon insanın tarixi irsinin necə silindiyini hər kəsin öz gözləri ilə görməsinə çalışırıq.   

İki əsr əvvəl Aleksandr Düma "təbiətinə və tarixi abidələrinə vurğun”luğunu dilə gətirdiyi Azərbaycan torpaqlarının indiki vəziyyətinə qəlbən acıyar, tərəddüd etmədən öz dövlət adamlarını həqiqəti dilə gətirməyə çağırardı. İkinci dünya müharibəsində faşizmə qarşı qəhrəman azərbaycanlılarla birgə vuruşan və onların timsalında millətimizə daim ehtiram göstərən Şarl de Qoll da sağ olsaydı, xələflərinin əksinə hərəkət edərdi. Ağdamın, Cəbrayılın, Füzulinin və digər şəhərlərin dağılmış mənzərəsi 1941-ci ilin Parisi ilə heç cür müqayisə oluna bilməz! Ona görə ki, 3-cü Reyx Avropanın mədəniyyət paytaxtı olan Parisi yer üzündən silməyib.Bir sözlə Koçaryana, Sarkisyana və silahdaşlarına faşist demək, nasional sosialistlərə həqarətdir.Vətən müharibəsində Fransa xalqının simpatiyası bizim tərəfdə olsa da hökumət, parlament və yerli hakimiyyət təmsilçiləri, eləcə də prezident Makron Ermənistanla vahid səngərdə oldular.Son altı ayda Fransa rəsmiləri öz mövqelərində müəyyən dəyişikliklər etdilər, ərazilərin minalardan təmizlənməsinə humanitar dəstəklə dövlətimizlə münasibətlərin bərpasına çalışdılar, lakin  Lüksemburqu, Avropa Parlamentinin 33-dək üzvünü  və dağıdıcı mühacirət qrupunu əleyhimizə təşkilatlandırdılar, onları siyasi və informativ tezislərlə təchiz etdilər, İrəvana intensiv səfərlərlə məğlubiyyətdən sarsılan xalqı və hakimiyyəti ölkəmizə qarşı səfərbərliyə çalışdılar.Ona görə də çoxlarını bir sual düşündürür-həqiqətənmi fransız ordusu gəlib Rusiya və Türkiyə ilə çiyin-çiyinə Ağdamda sülhün keşiyini çəkmək istəyir? 25 minlik erməni əhalisinə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir?Məgər dünyada statussuz erməni yaşamır?

Sualların cavabı hamıya aydındır.Xankəndində yaşayan sadə erməniyə yox, Parisə gedən siyasi avantüristlərə, Aqanbekyanın davamçılarına, bir də Qərb dövlətlərinin özünə status lazımdır.Çünki bizim regionda "hökmranlıq status”u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir. Ona görə də Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsi imzalansaydı,biz əsil düşmənlərimizi görərdik",deyə deputat əlavə edib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol